783 səhifədən ibarətdir. Möhtəşəm əsərdir.Muasir dunya siyasətini anlamaq üçün önəmli müddəaları var. Onların içərisində diqqətimi daha çox cəlb edən 12 müddəanı seçdim.
Siyasətlə məşğul olanların bunları bilməsi vacibdir. Bu səbəbdən onları təqdim edirəm:
- ABS oz daxilində demokratiya yaratmaqla demokratik sistemi dünyaya yaymağı bir öhdəlik olaraq üzərinə götürmüşdür.
2. ABS-da demokratiyanın bərqərar olması ona görə mümkün oldu ki, orada Senat,kongres , məhkəmə, prokurorluq orqanları prezidentə deyil, qanuna tabeçilik prinsipi əsasında formalaşdırılmışdır və onlarin prezidentdən heç bir asılılığı yoxdur.
3. Dunya üzrə qüvvələrin tarazlığı siyasətinin yeridilməsi başqa dövlətləri üstələyən gücə malik güclü dövlətin yaranmasına yol verməməyi nəzərdə tutur. Cunki regionda başqalarını ustələyib guclənən dovlət imperiya istəyinə düşür.
4. Dövlətdə despotizmə yol verməyib ümuminin rifahını təmin etmək üçün hakimiyyət bölgüsü mütləq lazımdır.
5. Planetdə sülh demokratiyanın bərqərar olmasından asılıdır və istənilən dövlətin milli maraqları universal qanunlar sisteminə tabe olmalıdır.Bunlar olmadıqda dövlətlər mühakimə olunmalıdır.
6. Beynəlxalq həyat mübarizə meydanıdır. Bu mübarizədə Darvinin ən çox uygunlasanlarin sağ qalması nəzəriyyəsi tarix üçün rəhbəredici amil kimi götürülür./yəni güclü zəifi sıradan çıxarır/.
7. Beynəlxalg münasibətlərin həlli metodu güc tətbiqi yox, məcburi arbitraj olmalıdır.
8. Demokratik ölkələrin xarici siyasəti digər dövlətlərin siyasətindən yüksəkdir,zira belə ölkələrin xalqları təbiətən sülhpərvərdir.
9. Bir dövlətin iki güclü dövlətlə qarşılıqlı münasibətdə olub onlardan birindən uzaqlaşması, həmin dovlətin güclü dövlətdən asılı vəziyyətə düşməsinə səbəb olur.
10. Siyasət ölkənin milli maraqlarını rəhbər prinsip etməyə nail olmaqdır və bu xarici siyasətdə başlıca amil kimi götürülür.
11. Dovlətin maraqlarını şəxsi simpatiyalara və antipatiyalara tabe etdirməyə heç kralların da haqqı yoxdur.
12. Dünya duzənində tarazlığı pozan qüvvələrə qarşı sivil təsir vasitəsi iqtisadi sanksiyalardir.Muharibə ən son vasitədir.
P.S. Azərbaycan 9-cu bəndə xüsusi diqqət yetirməlidir. Yəni Türkiyədən uzaqlaşmaqla, Rusiyadan asılı vəziyyətə düşməyə səbəb ola biləcəyini anlamalıyıq.
Zabit Babayev
