Unutmaq istəyənlərin menyüsünə: Bunları unutmaq olarmı?

Qardaşı Monte Melkonyan haqqında «Qardaşımın Yolu» (orijinalda My Brother’s Road) adlı kitab yazıb.Erməni tərəf bütün bunların yalan və saxtakarlıq olduğunu, belə bir kitabın olmadığını iddia edirlər, Amma budur Amazonda https://www.amazon.com/My-Brothers-Road…/dp/1845115309

Kitabdan bəzi hissələr:

“Monte və komandasının digər üzvləri, qarlı yamacdan qonşu Qaradağlı istiqamətində olan erməni Naqxorti kəndindən enməyə başladıqda, erməni kəndliləri onlara=ın üstünə qışqırmağa başladılar. Komanda dayandı və onlarla mübahisəyə başladı. Kəndlilər, Qaradağlıya hücumun Naqxortiyə müharibə gətirəcəyini deyirdilər. «Gedin buradan, biz müharibə istəmirik.» Monte dedi: «Bu cür sentimental hisslər üçün çox gecdir, onlar artıq müharibə vəziyyətindədirlər».

*****

Müəllif daha sonra Qaradağlının tutulmasından, Arabo və Aramo əsgərlərinin əsir götürülmüş əsirləri, o cümlədən qadınları və mülki şəxsləri necə öldürdüyündən söz açır: “Arabo və Aramo əsgərləri kəndin kənarındakı bir xəndəkdə bir neçə qadın və digər qeyri-döyüşçülər də daxil olmaqla 38 əsiri göstərdilər. Xəndəkdəki əsirlərdən biri əlinin sarğısında gizlətdiyi bir əl qumbarasını çıxardı və gözətçinin ayaqları altına atdı. Partlayış onun ayağının bir hissəsini qopardı.Arabo və Aramo əsgərləri dünən ölən yoldaşlarının intiqamını almaq istədilər və bütün məhbusları sonunculara qədər bıçaqlamağa və vurmağa başladılar. Aşdarakdan olan «Vətənpərvərlər dəstəsi»ndən beş nəfərdən biri olan Çapıq Edo da onlara qoşuldu, bir neçə yaralı əsgərin üzərinə benzin tökdü və yanan kibritləri onlara atdı. Monte kəndin kənarındakı xəndəyə gələndə yalnız bir yığın cəsəd qalığı var idi.»

*****

Xocalı haqqında

210-cu səhifədə müəllif yazır: “(Monte) Xocalıya gələn kimi, tutulma xəbərinə cavab olaraq, bəlkə də gəlişindən bir saat əvvələdək baş verən qırğın tarixçələrini bir yerə toplamağa başladı.Təxminən 23.00-da təxminən, 2000 erməni silahlısı üç tərəfdən hündür otların arasından Xocalıya yaxınlaşaraq kəndliləri şərqdəki açıq sahəyə tərəfə getməyə məcbur etdilər. 26 fevral səhəri, qaçqınlar şərqdəki yüksəkliyi aşaraq, təxminən Ağdamıdan 6 mil məsafədə yamacdan enməyə başladılar. Orada Xocalı sakinlərini xilas olduqlarını düşünərkən təpələr arasında, Dağlıq Qarabağdan olan əsgərlər onların yolunu kəsdilər. “Sadəcə güllələdilər, güllələdilər, güllələdilər,” deyə qaçqın Raişa Aslanova daha sonralar Human Rights Watch araşdırmaçılarına bildirmişdi.

Daha sonra Arabo əsgərləri bıçaqlarını qınlarından çıxarıb kəsməyə başladılar.

Bu nöqtədə yalnız səs quru otların arasından meyitlərin üfunətini yayaraq əsən küləyin fit səsi eşidilirdi. Monte cəmi iyirmi iki gün əvvəl Martuniyə gəlmişdi və onun yolu iki ölüm sahəsindən — əairlərin və silahsız mülki şəxslərin (Qaradağlı və Xocalıdan) qanlarından keçmişdi.

*****

“1990-cı ilin noyabrında Keçəl (Arabo dəstəsindən bir əsgər) sərhədyanı bir kənddən Azərbaycan Xalq Cəbhəsindən olan bir gənc fəalı oğurlayıb gətirmişdi. Səid adlı bu gənc azərbaycanlı İrəvan yaxınlığındakı bir bağ evində bir ay divara zəncirlənmişdi. 1991-ci ilin Yeni il ərəfəsində Keçəl və yerli polis məmuru, onların dostu Ardaq da daxil olmaqla bir neçə yoldaşı əsiri İrəvan yaxınlığında qəbiristanlıq olan bir təpəyə — Erablurun zirvəsinə apardılar.

Orada Səidi dostu Harut adlı erməninin məzarı yanında bir ağacın altına diz çökdürdülər. Sonra üç uşaq atası Keçəl küt bıçaqla Səidin boğazını kəsməyə başladı.

Başlanğıcda Səid qışqırdı, ancaq bir müddətdən sonra qışqırıq iniltilə və xırıltı ilə əvəz olundu. Sonda Ardaq artıq bu səsi dinləyə bilmədi, bıçağı Səidin sinəsinə vurdu, buna son verdi. Səidin qanının Harutun qəbrinə axmasına icazə verdilər və sonra çıxıb getdilər.»

Bu xəbəri paylaşın: