Baxmayaraq ki, II Dünya Müharibəsində Britaniya və Almaniya bir-birinə qarşı vuruşdular, Hitlerin ordusunda könüllü döyüşən çoxlu sayda ingilislər var idi. Bu günlərdə onlardan birinin yazdığı kitab əlimə düşmüşdü.
Müəllif qeyd edir ki, müxtəlif millətlərdən olan legionerlərin arasında ən yaxşı döyüşənlər Azərbaycandan olanlar idi. Hətta Berlinin ən son cəbhə nöqtəsində axıra qədər vuruşan da azərbaycanlılar oldu.
Alman ordusunun təslim olmasına baxmayaraq, bir ovuc azərbaycanlı 9 və 10 mayda da Berlinin Qızıl Qarden bölgəsində vuruşmaqda davam edirdilər. Bir daha təkrarlayıram, bizim xalq, fərd olaraq, həqiqətən də qəhrəman xalqdır…
P.S. Avropanın müxtəlif ölkələrində bu günədək əsil qəhrəman kimi anılan soydaşlarımızın qəhrəmanlığı barədə yüzlərlə fakt var.
Ruslan Fərzəliyev (Fb)


