Tərtərin ən böyük problemi elə rayonun İcra başçısı Müstəqim Məmmədovdur. 2014 — cü ildən bəri Tərtəri çökdürüb.
Bunu, şikayətçiıərin vedeo çəkilişlərində görmüsüz. «İlana ağu verən» kərtənkələlər yığıb başına, talayır, Tərtəri. İndi, bu «ağu verən»lərdən biriylə sizi tanış edim. Müavini Cavadov Abbas. Kəlbəcərdəndir. Qaçqınlıqdan xeyli qabaq Umudlu kəndinə, ordan da Tərtərin Ələsgərli kəndində yerləşsələr də, qardaşını saxtalıqla qaçqın siyahısına saldırmışdır. Özünüsə, Umudlu kəndinə sakin eləyib. Uzaqgörəndi axı.
Neçə qardaşdılar, heç biri müharibədə olmayıb. Abbas Cavadov Tərtərdə sosial müdafiə şöbəsində müdir olarkən, bəzi veteranların bığlarının altından keçməklə özünə məhkəmə vasitəsilə veteranlıq da alıb. İndi özünü, Məhəmməd Əsədovun döyüşçüsü kimi təqdim edir. Bundan soruşan gərək: sən polisdəmi, işləyirdin? Hətta bu haqda öz kəndçiləri də yazıb.
«Qaçqın» olmasına baxmayaraq, Tərtərdə min hektarlarla torpaq mənimsəyib, fermaları var. Bakıda Yeni Yasamalda bir blokun həm birinci mərtəbəsini alıb, həm də ikinci mərtəbədə 4 evi alıb arasını açıb. Qızıyla özünə. Hardandı bu pullar? Tərtərdə bir qardaşı da seçki dairəsində işləyir. Kənd təsərrüfatı üzrə müavin olan Abbas Cavadovun göstərişiylə bu qardaş , Məşğulluq mərkəzində kəndlilərə yardım üçün alınan iribuynuzlu qoca, əldən düşmüş heyvanları 500-600 manata alıb, birini beş min manatdan hökumətə sırıdı, makler kimi.
Abbas Cavadov ancaq başçının çirkli işlərinin aparıcısı kimi tanınıb. Prezidentin qaçqınlar üçün saldığl Şıxarx qəsəbəsindəki mənzillərin 99 faizi illər qabaq Abbasın əliylə satıldı sakinlərə. Rayona gələn yardım da illərdir ki, onun əlindən keçir. Bu gün də,dağılan evlər əvəzinə qəlpə cızığl olmayan evlərdən pul qatlamaqdadır. Hətta, öz qaynatasının yüngül zədələnmiş evinə 14 min pul ayırtdırıb. Videolardan gördüyünüz kimi, camaat üz-üzədir. Gələn komissiyaları Abbas Cavadov yönləndirdiyindən, Müstəqim Məmmədov şikayətçilərə bu işlərdən kənarda olduğunu söyləyir.
Bu gün xəbər tutdum ki,ordakı küçəmdə evinə heç bir ziyan dəyməyən, özü Bakıda yaşayan şəxsin evinə komissiya aparıb, sədr də elə Abbas Cavadovun özüdür. Faktiki divarları cırılan qonşularımınsa, şikayətinə baxan yoxdur. Bildiyiniz kimi, qonşuma düşən raket ata evimə xeyli ziyan vurub, keçən ay, FHN — dən və Yevlaxda yerləşən region prokurorluğundan gəlib yazmışdılar, hələ də səs yoxdur. Ata-ana kəndimizdə xalamın evi yerlə yeksan, nəvəsinin evi xeyli ziyan çəkib. Müharibə əlili xalaoğlumun rayondakı evi möhkəm zədələnib.Hamısı eləcə siyahılarda qalıb.
Məsələ budur ki,ziyan görməmiş evlərin sakinləri, yaxşıca pullar alıblar, amma faktiki dağlntı sahibləri hələ gözləməkdədirlər…
Bu gün zəng eləmişəm, Abbas Cavadova ki, bu biabırçılığa son qoyun. Mənimlə yekə-yekə danışdı. Yəni, «oğru elə çığlrdı ki…»
Görəsən bu Abbas Cavadov bilirmi ki, mən Kəlbəcərə müharibə vaxtı səhərə yaxın girərdim, gətirdiyim benzin maşınlarını aeroport Telmanla birgə boşaltdırardım, sonra Tuneldən keçib, Abbasın yurdu, Almalıq kəndindən ötər, düz Fingəyə qalxardım. Bu o vaxtıar idi ki, Abbas özünə artıq Tərtərdə yer eləmişdi. Umudludan olan Kərim müəllimin müdir olduğu PÇK-da mühasib işləyirdi, texnikom təhsilli Abbas müəllim. (Sonralar pullandı, Gəncədə KT Akademiyasının qiyabi diplomunu aldı).
Telefonda mənə deyir ki, bu işləri görənlər komissiyadır, bizlik deyil. İndi, burdan FHN Kəmaləddin Heydərova səslənirəm: Cavadov Abbas düzmü deyir?
Əgər düz demirsə, Tərtəri üsyana təhrik edən, ölkə başçısının qayğısını şübhə altına salanları ortaya çıxarın ki, adınız hallanmasın, cənab Kəmaləddin Heydərov.

Səbirə Mahmudova
P.S. Adı çəkilən aidiyyatlı qurumların və şəxslərin mövqeyini yayınlaya bilərik.
