Sabahdan bir çox iş yerləri AÇILIR

Sabah bəzi sahələrdə fəaliyyət yenidən bərpa olunur. Sərt karantin rejiminin yumşalmasının növbəti mərhələsi kimi ticarət obyektləri, bərbərxana, gözəllik salonları, muzey və sərgi zalları vətəndaşlara xidmətə açılır. Həmçinin şəhərlərarası və rayonlarası hərəkət qadağası da aradan götürülür. Məlum vəziyyətlə bağlı iş yerlərinin səbirsizliklə açılmasını gözləyən şəxslər sabah üçün hazırlıqlara başlayıb.

Sabahdan etibarən sərt karantin rejiminin növbəti yumşalmaları başlayır.

25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə veriləcək.

Ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, «Mall»ların fəaliyyəti istisna olmaqla);


Bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
Muzey və sərgi zallarının fəaliyyəti;
Şəhərlərarası və rayonlararası hərəkət.

Qadağaların aradan qalxmasına bir gündən az vaxt qaldığından ticarət obyektlərində sabaha hazırlıqlar başlayıb. Hər bir obyektin girişində dezinfeksiya vasitələri qoyulub, maska ilə bağlı xəbərdarlıqlar qeyd olunub.

Bəzi xidmət sahələri onlayn xidmət göstərdiyindən, bağlı qaldıqları müddətdə satışların xeyli aşağı olduğunu deyirlər. Məhz bu səbəbdən də bir çoxu endirimlər etdiyini bildirir.

Sabahdan fəaliyyəti bərpa olunan sahələr arasında bərbərxana və gözəllik salonları da var. Bərbərlər 1 aydan çoxdur ki, fəaliyyət göstərmədiyindən sabahkı gün üçün əvvəlcədən yazılanların da çox olduğunu deyirlər.

25 fevral tarixindən muzey və sərgi zalları da öz qapılarını vətəndaşların üzünə açacaq. Həmçinin rayonlararası hərəkət də bərpa edilir.

Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə aprelin 1-dək tətbiq olunacaq. Qeyd edək ki, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə və sosial məsafə saxlamaq məcburidir.

Bu xəbəri paylaşın: