Azərbaycan Prezidenti İlham Əliyev ölkənin bir sıra müxalifət partiyalarının liderlərini və ictimai-siyasi xadimləri Novruz bayramı münasibəti ilə təbrik edib.
Fedai.az Musavat.com-a istinadla xəbər verir ki, Prezidentin təbrikini partiya sədrlərinə və digər simalara Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev telefonla zəng edərək çatdırıb.
O deyib ki, Prezidentin tapşırığı ilə şəxsən onun adından partiya sədrlərinə, ictimai xadimlərə və onların ailələrinə xüsusi təbrikini çatdırır.