Türkiyə xüsusi xidmət orqanları, İraqın şimal-qərbindəki Sincar bölgəsində uğurlu əməliyyat keçiriblər.
Publika.az xəbər verir ki, nəticədə terrorçu Kürdüstan İşçi Partiyası (PKK) liderlərindən biri-İbrahim Parım yaxalanaraq Türkiyəyə aparılıb.
Bildirilir ki, İbrahim Parım “Laşer” kod adı altında terror təşkilatında «logistika məsələləri üzrə məsul» olub. O, PKK-nın sıralarına 2015-ci ildə qəbul edilib.

Bu xəbəri paylaşın:
