Türkiyənin S-400 zenit-raket kompleksi almasına dair ABŞ-ın mövqeyi dəyişilməz olaraq qalır.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.
“S-400-lə bağlı mövqeyimiz dəyişməyib. Rusiya sistemləri NATO təchizatı ilə uyğunluq təşkil etmir. Texnologiyanın təhlükəsizliyi üçün təhdiddir və Türkiyənin NATO müttəfiqi kimi üzərinə götürdüyü öhdəliklərə cavab vermir”, — deyə amerikalı rəsmi bildirib.
Bu xəbəri paylaşın:
