Azərbaycanın Xocavənd rayonunda 9 ay bundan öncə qoyulmuş üzdəniraq Njdenin abidəsi Azərbaycanın tələbləri əsasında sökülüb.
Bəzi saytlar abidənin yeni qoyulduğunu yazsalar da Veteran.az saytı (http://veteran.az/?p=6211&fbclid=IwAR3V0IUa5sM-0zyWdSK9AlxS9ql3p63jlcCD6j7390CERve2otm4AxQszlw) bu məlumatı 9 ay öncə yayınlamışdı. Hər halda bu faşist nökəri və bəşəriyyət əleyhinə cinayətlərdə əli olan birinin ölkəmizdə abidəsi olması yol verilməzdi. İctimai qınaq bu dəfə də nəticə verdi. Etiraz edən və bu istiqamətdə ardıcıl iş aparan aidiyyatlı qurumlara minnətdarlığımızı bildiririk.
Xatırladaq ki, Ali Baş Komandanımız cənab İlham Əliyev, bu üzdəniraq faşistin Rusiyadakı abidəsinin də götürülməsinə nail olmuşdu. Əldə etdiyimiz məlumata görə Xocavənd rayonundakı abidə də artıq sahibinin layiq olduğu «cəhənnəmə yolçu edilib».
Heykəl artıq demontaj edilməsi faktını artıq Ermənistan parlamentinin deputatı Sofya Ovsepyan da təsdiqləyərək münasibət bildirib: “Njdenin abidəsi azərbaycanlıların tələbi ilə sökülərək, Tarix Muzeyinə aparılıb”.
Qeyd edək ki, Ermənistan paytaxtının mərkəzində faşist cəlladı və satqın Qaregin Njdeyə heykəl qoyulmasını kəskin şəkildə pisləyən və bunu faşizmin təbliği kimi dəyərləndirən Azərbaycan Prezidentinin 2019 -cu ildəkiçıxışı geniş əks-səda doğurmuşdu. Məhz bu çıxışdan sonra Rusiyanın Krasnodar diyarının Armavir şəhərində erməni faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsi sökülmüşdü və çox güman ki, faşist xislətli düşmən bu addımla heyif çıxmaq məqsədi güdürmüşlər. Amma bu istəkləri də ürəklərində qaldı…
D. Elnur Səlim
P.S. VİDEO:

