Qazi anası Prezidentdən kömək istəyir

Xaçmaz rayonun Maqsudkənd kəndindən olan Səbuhi Hüseynli oktyabrın 26-sı Xocavənddə başından qəlpə yarası alıb.

23 yaşlı hərbçimiz artıq 108 gündür ki, Neyroсərrahiyyə xəstəxanasında huşsuz vəziyyətdədir. O yaralandıqdan dərhal sonra Füzuli hospitalına, oradan da Yevlax Mərkəzi Xəstəxanasına aparılıb. Lakin yaranın ağırlığı nəzərə alınaraq oktyabrın 28 -də Bakıya gətirilməsinə qərar verilib.

Oktyabrın 30-u cərrah Elşən Hüseynzadə tərəfindən beyin əməliyyatı olunub.

Anası Samirə Əhmədxanova Prezidentdən kömək istəyir: «4 aya yaxındır ki, oğlum xəstəliklə mübarizə aparır, təslim olmaq istəmir, bir işıq yolu axtarıram. Səbuhi xaricdə əməliyyat olunsa, bəlkə yaşayar, indi onun vəziyyəti çox ağırdır. Axı mənim kəşfiyyatçı oğlum silahdaşları ilə qəhrəmanlıq tarixi yazıb. O, mənim yeganə övladımdır. Başqa bu həyatda heç nəyim yoxdur, heç kimdən də heç nə istəmirəm, sadəcə oğlumun sağalmasını istəyirəm, heç olmasa onu əlil arabasında mənə versinlər, 23 yaşı var, o həyatın heç bir gözəlliyini görməyib. İcazə verməyin ki, oğlum düşmən minasının qurbanı olsun”.

Leyla Həsənova

Bu xəbəri paylaşın: