EPİSENTRDƏ İSƏ 6 — 7 BAL GÜCÜNDƏ OLUB…
13 fevral 2021-ci il tarixdə yerli vaxtla saat 11: 29-da (Qrinviç vaxtı ilə 15:29) Ermənistanda İrəvan şəhərindən 8 km cənub-şərqdə 10 km dərinlikdə zəlzələ olub.
Zəlzələnin episentrində titrəyişlərin gücü 6-7 bal olub. Zəlzələ İrəvanda 5-6 bal gücündə, Ararat, Şirak, Armavir, Dərə Ələyəz bölgələrində isə 3-4 bal gücündə hiss olunub.
Qeyd edək ki, bu ay əzində ikinci dəfədir ki, Ermənistanda eyni bal gücündə zəlzələ baş verir. Allah üçüncüdən saxlamasın…
AMİN. Məlumatı Ermənistan FHN -yi yayıb. Dağıntılar barədə məlumat verilmir.
İSMAYIL TANRIVERDİ
Bu xəbəri paylaşın:
