Ermənistan ordusunun keçmiş komandiri vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və cinayət törətməkdə ittiham olunur.
Bu barədə «Sputnik Armeniya» Ermənistan İstintaq Komitəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, atıcı diviziyalardan birinin keçmiş komandiri oktyabrın 11-də Hadrut yaxınlığında əraziyə göndərilən 72 əsgərdən ibarət qrupu qarşılamayıb.
Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri nəzarətsiz qalan düşmən əsgərlərinin yarısını məhv edib. Təşvişə düşən erməni hərbçilərinin yarısı isə ərazidən qaçıb və bu günə qədər onlardan heç bir xəbər yoxdur.
Adı çəkilməyən cavabdeh hərbçiyə qarşı qəti imkan tədbiri kimi yaşayış yerindən ayrılmamaq barədə qərar qəbul edilib.
Bu xəbəri paylaşın:
