
XAQANİ Ədəboğlu (Xaqani Adaboglu Rzaqulibey _ Facebook.html)
...Aeroporta çəkdiyimiz yolun əvəzinə facebook sosial şəbəkəsinin aksiyalarının 51 faizini ala bilərdik…
I HİSSƏ
Gözümdə ciddi problem yarandığına görə, zaman-zaman (2011-2021) sosial şəbəkədə paylaşdığım statuslardan bir yazı düzəltmək qərarına gəldim.
İlləri varaqladıqca heç bir problemin həll olmadığını gördüm. Birimiz qoca, birimiz gənc, birimiz xəstə, birimiz meyid, birimiz kar, birimiz kor olduq. Amma bu problemləri yaradanların heç biri ayıbından da kor olmayıb. Aid olduqları kolonların əmrlərinə müntəzir olaraq ortadadırlar. Onsuz da Azərbaycan mətbuatı öz ad və soyadını şəxsiyyət vəsiqəsinə baxıb köçürən və səhv buraxan adamların əlində girinc vəziyyətdə qalıb. Elə ona görə də belələriin yazdığı dərdlər də gülüş doğurur, milli faciəmiz də şouya çevrilir. Bir polyk atalar sözü var: «Yaxşı adamı meyxana korlamaz, pis adamı isə kilsə düzəltməz». Keçək statuslara…
…Suyun qiymətinin 1 manat olmasına etiraz edirəm. Ona görə yox ki, çox bahadır. Ona görə ki, ölkədə 3 qəpiklik dərisi olan adamlar olduqca suyun belə qalxması Tanrıya asilikdir. 3 qəpiklik dərini 1 manatlıq suyla yumaq kafirlikdir. Ya bu 3 qəpiklik adamları yığışdırın, ya da suyun qiymətini endirin…
…Böyük Çingiz xan deyirdi: «Qurdlar sırasında sonuncu olmaq, çaqqallar arasında birinci olmaqdan yaxşıdır»…
…Üzürü günahından betər olan bəzi şəxslərə bizim ölkədə deputat deyirlər… Boyları günaha kölgə salan bu adamlar, millətə vəkillik əvəzinə,nmillətə hakimlik edirlər…
…Bir zamanlar Bakı şəhəri bütün bölgələrimizin ümüd yeriydi. Bu günkü Bakı isə ümidlərin dəfn olunduğu «kimsəsizlər məzarlığına» bənzəyir…
…Bizim analoqsuz saytlarda bu başlıqda bir yazı gedib: «Deputatlar Baş Nazirdən «milyonlar hara gedib» -deyə sordular». Hərçənd yazıda bu suala cavab yoxdu. Amma mən bilirəm ki, hörmətli Baş Nazirimiz (Artur Rəsizadə) onların anlamadığl bir dildə, IX Karl sayağı Varfolomey gecəsi haqqında söylədiyi kimi cvab verib: «Mən bərk-bərk yatmışdım. Çox bərk yatmışdım»…
…Bizim məmurlar deyirlər ki, qazdan, elektrikdən qiymət artımı edib pul qazanacağıq. Sonra onu kasıblara verəcəyik. Yəni kasıbın cibindən alıb kasıba yardım edəcəyik. Ay sizin məzəniz ölsün. Göydən Tanrı havayı neft pullarını tökəndə görmədiyiniz kasıbı indimi gördünüz? Allahın Kərəminə şükür etmək lazımdı. Hələ yaxşı ki, əhalinin orqanizmindəki cüt orqanlarının birini satdırıb büdcəni doldurmurlar…Bəlkə də ağıllarına gəlməyib. Avropada insan dərisindən geyimlər, çantalar yaman dəbdədi. Amma bu təklifi aylar öncə vermişəm, patenti mənə çatacaq. Çox dostlarım, mənim bahalaşmaya münasibət bildirməmi istəyirlər. Mən bu bahalaşma-diferensallaşmanı çox böyük ruh yüksəkliyi ilə qarşıladım. Yox bir halva, qazla erməni keşişi kimi pulsuzmu qızınmaq istəyirdiniz?..
…Amerikada məmur 100 min USD əmək haqqı ilə zorla dolanır. Avropada məmur 80 min EURO əmək haqqı ilə güclə dolanır. Azərbaycanda isə məmur 20 min AZN alır, həm özü dolanır, həm ailəsini, həm qohum-əqrabalarını saxlayır, hətta məşuqəsini və onun peysər qohum-əqrabasını da saxlayır. Hələ, üstəlik ölkənin yarısını da satın alır. Kül qoyum amerikalı, avropalı məmurların başına. Hələ utanmadan işə velosipedlə gedən biri var ha…Ayıb olsun. Gəlin məmurluğu bizimkilərdən öyrənin…
…Mənim yad adamların yanında ərindən gileylənən qadınlardan, öz qadınından yad adamlar yanında qeybət qıran kişilərdən və qaçıb yad ölkələrə sığınıb ölkəmizi yad millətlərin arasında pisləyən saxtakar psevdopatriotlardan zəhləm gedər. Bu ölkənin pis olması elə bizim pisliyimiz deməkdir. Çünki bu ölkənin yaxşılığı üçün kimsə nə etdiyindən danışmaq istəməz…
…Əvvəllər deyirdik ki, it günündə yaşayırıq. İndi deyirik ki, it yazıq deyilmi, biz çəkəni çəksin…
…Bakıya qar yaraşmır. Çünki yollar, sular donur. Hər yan palçığa qərq olur. Qışın pintilik yağan bəyazlığından iyrənirsən.
Bakıya günəş yaraşmır. Ağacları kəsib yerinə «market-mürket» tikdik. Bürküdən havamız çatmır, boğuluruq.
Bakıya yağış yaraşmır. Küçələri göllər -sellər basır. Kanalizasiyanın bütün eybəcərliyi küçələrə axır. Sərxoş tüfeylilər kimi yeyib içdiyini şəhər kanalizasiyaları «geri qaytarır».
Bakıya külək yaraşmır. Zir-zibili başımızdan «şabaş» kimi yağdırır.
Bakıya heç biz də yaraşmırıq. Amma nə edək ki, belə bir «axmaq» şəhərdə yaşamağa məhkumuq…
…Ey gidi Facebook, səndə nə hikmətlər varmış? Arvadının əlindən pultu ala bilməyənlər, Qarabağı almaqdan dəm vururlar. «Milisioner» qorxusundan Polis bölməsinin yanından keçə bilməyənlər, Böyük Çingiz xana «xox» gəlirlər. Öz atasını tanımayanlar Şah İsmayıın, Atatürkün şəcərəsini təftiş eləyirlər.
Erməniyə dayı, rusa baba deyənlər türkçülükdən dəm vururlar. Siyahı uzun, dərd çox. Nə deyim. Yaşa Mark bəy…
…Hökumət islahat keçirmək istəyirsə, sağlamlıq kağızını boğazdan aşağı deyil, boğazdan yuxarı hissə üçün tələb etməlidir. Çünki məmurlarımızın əməllərini təftiş etdikcə bunca pis işləri normal adamın gördüyünə inanmaq olmur…
…Son vaxtlar dəb olan iyun — 93 hadisələri ilə bağlı o dövr başımıza kələf olmuş bir para siyasətbazın memuarlarını oxuduqca bircə qənaətə gəlirəm. Tanrı heç bir milləti bu cür aşağılayıb «məhlə uşaqlarının» öhdəsinə buraxmayıb…
Neçə illərdir ki, bu millətin varolma səbəbblərini arayıram. Ancaq aramaq özümə qalır. Bu bir möcüzədir…
…Biz bu tarixi çiyinlərimizdə daşıyan 90-cı illərin gəncləriydik. 90-cı illərdə bizim hər şeyimiz vardı. Ən başlıcası isə gözəl gələcək barədə böyük xəyallarımız vardı. Meydana saqqalı və saqqalsız adamlar çıxdılar. Bizim xəyallarımızı oğurladılar. İndi onların hər şeyləri var, amma bizim nə kəfənlik paramız, nə də məzarlıq torpağımız var. Nə də arzusunu qurduğumuz o sabahlara belə ümidimiz qalmayıb…
…Son hadisələr (Aprel döyüşləri) göstərdi ki, ermənilərin ən varlı və güclü lobbisi elə Azərbaycandadır…
«30 min gəlin siyasəti» bizi yenə məhv edəcək. Heç olmasa, özlərinə gücümüz yetməsə də, onların «kişiciklərini» təcrid etməliyik…
…Texnoloji deyim: «Ey gidi Facebook…Dünən Like edən, indi can verir»…
…Mən Rusiyadan tələb edirəm ki, Moskvada yaşayan həmyerlilərimiz və qardaş tatar xalqı ilə görüşmək üçün bizə koridor versin, özü də «çerez» Həştərxan…»Duxu» da var, verməsin. Mən də əhalisiz Qarabağa «Laçın koridoru» verməyəcəyəm (2016-cı il)…
…Müsəlmana uşaq olanda: «Uşaqdı ağlı yoxdu, gənc olanda cavandı beyni qandı, qocalanda isə qocalıb ağlı gedib»-dedilər. Kim bilir, müsəlmanın ağıllı vaxtı hansı vaxta düşür?..
…OĞUZ XAQAN: «Mənim türk millətinə borclarım var. Dünya Türkün bayrağı altında birləşəcək. Mənimlə dost olanlara ürəyimdə yer var. Olmayanla ər meydanında savaşacağam. Hazır olun»…
…Bir zamanlar Avropa fatehi, Roma papasını qarşılarında diz çökdürən avar-türklərinin tənəzzülü acı bir sonluqla qurtardı. XI əsr Bizans mənbələrindən günümüzə belə bir rəvayət gəlib çatıb (İ.Erdeli Avarı): «Məğlub edildikdən sonra keçmiş avar döyüşçüləri Krum xanın əsirliyində idilər. Bir gün xan soruşdu: «Sizin rəhbərlər və sizin xalq niyə tənəzzül etdi?»
Keçmiş döyüşçülər dedilər: «Birincisi, Xaqanı doğru-dürüst məsləhətçilərdən mərhum edən mübahisələr nəticəsində hakimiyyət vicdansız adamların əlinə düşdü. İkincisi, hakimlərin özbaşınalığı nəticəsində xalq həqiqətdən uzaq düşdü. Hakimlər yaltaqlıq və oğurluqla məşğul idilər. Üçüncüsü, kütləvi sərxoşluq nəticəsində sağlam düşüncəni, fiziki sağlamlığımızı itirdik, başları al-verə qarışan avarlar tacirə çevrildilər. Bir-birini aldatmaqla yanaşı, qardaş qardaşı satdı. Bütün bunlar bizim xəcalətli bədbəxtliyimizə səbəb oldu»…
…Türk milləti zaman kimi axmadığı, okeanlar kimi coşmadığı, öz ruhundan uzaq düşdüyü anlar məzlum olur. Məzlumluq Türkə yaraşmaz. Türk, gün doğmadan günəşə can atan qönçəyə bənzər. Canatma yoxsa, sən türk deyilsən…
…Azərbaycan xalqı istedadlı xalqdır.50 litrlik baka 75 litr benzini yerləşdirə bilir.
Azərbaycan xalqı yeyib-içən xalqdır. Dönərlə ayranı eyni anda bitirə bilir. Azərbaycan xalqı uzaqgörən xalqdı. Metroda qatarların sağ tərəfdən gələcəyini bilir.
Azərbaycan xalqı demokratik xalqdır. Neçə illərdir ki, seçkilərdə namizədlərin sayı seçicilərin sayından çox olur.
Azərbaycan xalqı unutqan xalqdır. O qədər unutqandır ki, hətta tualetə girib nə üçün gəldiyini belə unudur…
…Yetən bir yekə və çox səhifəli ərizə yazır və sonunu bu sözlərlə bitirir: «Mən inanıram ki, prezidentimiz bu ərizəmi oxuyub mütləq cavab verəcəkdir».
Birincisi, o yekəliyinə maraqsız əsəri oxumağa ürək dayanmaz. İkincisi isə, prezidentin işi-gücü qurtarıb. Yox bir səninlə məktublaşacaq…
Yadıma bir kolanı lətifəsi düşdü. Bir kolanı molladan soruşur: «Ay molla, mənim işlərim, niyə alınmır? Sənin işlərin isə yağ kimi gedir?»
Molla deyir: «İş görmədən öncə Allaha dua etmək lazımdı».
Kolanı: «Zalım oğlu, zalım, mən güllə-zad atmıram ki, elə mən də dua edirəm də»…

