Cəbhədən geri dönmüş gənc döyüşçülərin qarşılanmasında müharibə veteranları yxından iştirak edirlər.
Bu barədə məlumat verən AVMVİB Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev bildirdi ki, rayon şöbəsi bununla yanaşı öz işlərini də davam etdirir. Həm gənc döyüşçülərin həyata adaptasiya olunması, həm köhnə veteranların problemlərinin həlli, həm də bu yolda veteranlara daim dəstək olan şəxslərin mükafatlandırılması ilə məşğuluq. Müraciət edən gənc döyüşçü və qaziləri Birliyin üzvlüyünə qəbul edirik. Onları maraqlandıran suallara cavab verməyə çalışırıq.

Belə ictimai fəallardan olan Elvin Muradov Birliyə fəxri üzv qəbul olunub və «Milli ordu-100» Xatirə medalıyla təltif edilib.
AVMVİB Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev, bundan sonra da anoloji tədbirləri davam etdirəcəklərini deyib.
Təbrik edirik!
D. Elnur Səlim
