
XAQANİ Ədəboğlu (Xaqani Adaboglu Rzaqulibey _ Facebook.html)
…QAM DUASI: Mən ulu bir Qamam. Tanrının və Ana Təbiətin sirlərinə vaqif olmuş, Uca Göylərin havasını udmuş, Suyunu içmiş, Atəşini atəşləmiş vəTorpağını becərmişəm. Dörd sirrə dörd qədəm basmışam. O deyilən Ulu Yaradana tapınmışam. Onun yaratdıqları heyvanların dilini bilmişəm. Bitkilərinin dadını bilmişəm. İnsanlarının zehnini oxumuşam. Mən bir Tanrı Elçisiyəm. İsmim tarix deyilən daşlarda yazılı. MƏNİ, MƏNİ MÜTLƏQ TAPIN…
II HİSSƏ
Gözümdə ciddi problem yarandığına görə, zaman-zaman (2011-2021) sosial şəbəkədə paylaşdığım statuslardan bir yazı düzəltmək qərarına gəldim. II Hissəni təqdim edirəm…
…Bu sözləri sanki mən demişəm. Amma Əziz Nesin deyib: «Bir gün məmləkətin yanağına bir öpücük, başı altına bir məktub buraxıb gedəcəkdim. Amma elə gözəl yatırdın ki, oyandırmağa qıymadım». Rəhmətlə anıram…
…Biz Avropada asiyalıyıq, Asiyada avropalıyıq. Afrikada ağdəriliyik, Rusiyada qaradəriliyik. Türkiyədə azəri, İranda türk, Gürcüstanda tatarıq. Hər yerdə qafqazlı, Qafqazda isə azərbaycanlıyıq. Ən nəhayət, doğma ölkəmiz olan Azərbaycanda isə biz heç kimik…
…Savaş alına yazılmaz, savaş kəfən kimi boyuna biçilər. Şəhidlər ölməz-dedilər öldülər. Vətən bölünməz-dedilər bölündü. Bu yurdun suyunu içib, havasını udan şərəfsizlər çıxıb da rusu, ermənini təriflədiyi gün öldülər…
…Artıq ənənəyə çevrilmiş «Erməni xalqı bizim düşmənimiz deyil»- deyən erməni soylular eşidin və qulaqlarınızda sırqa edin: «ERMƏNİNİN DOĞULMAMIŞ VƏ HƏLƏ DİL AÇMAYAN KÖRPƏLƏRİ DƏ TÜRK MİLLƏTİNİN DÜŞMƏNİDİR»…Ağlınız varsa, bu sitatı evlərinizin girişindən asın…
…Azərbaycansayağı statistika: «1,5milyon iş yeri açılmış, 3 milyon iş yeri isə bağlanmışdır. Açılıb bağlanma eyni templə davam edir»…
…Bir şah ölkəsində qanunları sərtləşdirib durmadan cərimələr tətbiq edirmiş. Hər dəfə də saraya yaxın bir evdə yaşayan qonşusuna baxırmış ki, görsün, islahatlar xalqa necə təsir edir. Amma hər fərmandan sonra qonşusunun daha yaxşı yaşamasını görürdü. Acığa ən sərt qanunlar və qadağalar tətbiq edir. Amma qonşusu hər dəfə də kefikök yaşamaqla bərabər, bir at da alır. Şah onu yanına çağırtdııb məsələylə maraqlanır. Kişi deyir ki, şah sağ olsun sizin islahatlar təkcə mənim işimə yarayır. Çünki mən tabutçuyam…
…Azərbaycan xalqı firavan həyat, bolluq, iş və aş istəmir. Sadəcə köhnə yalanları təzə dodaqlardan dinləmək istəyir. Hacıbala demiş, buna əmin olun…
…Azərbaycan xalqı üzərinə total iqtisadi səlib yürüşünə 2006- cı ilin yanvarından start verildi. Denominasiya pərdəsi altında 5 qat bahalaşma, 30-36 faizlik sələmçi bank kreditləri, bahalı mobil-rabitə xidmətləri, enerji daşıyıcılarının bahalaşdırılması, sərt monopoliya-rüşvət oliqarxiya qanunlarının tətbiqi xalqı müflis duruma saldı. Bu gün oğurluq milyardları leqallaşdırmaq səylərini xalqa islahat adıyla sırımaq üçün çalışırlar. Erməni-kommunist-nurçu birliyi bu ölkəni göz görə-görə uf demədən məhvə aparırlar. Dövlət rəhbərinin qanuni fərman və sərəncamlarına qarşı aşkar dirəniş göstərmələri sizlərə nəsə demirmi?..
…Bir gün bir YAP-çı,bir AXCP-çi və bir AVP-çi sözləşib YAP-ın bostanına oğurluğa gedirlər. Amma ələ keçirlər. Bunları tutan adam, birinci cəbhəçini sorğu-sual edir. Deyir ki, bunlar deyək ki, bizlərə yaxındı, səninlə isə əqidəmiz, ideyamız fərqlidi. Niyə mənim bostanıma girmisən?-deyib onu o ki var əzişdirib bayıra atır.
O, bayırda divara söykənib qalar. Sonra növbə AVP-yə gələr. Deyər ki, səni yaxın bilib mandat verdik, biznes verdik. Budurmu, minnətdarlığın, qoşulub müxalifətə bostana oğurluğa girirsən. Onu da babat əzişdirib sürüyür və bayıra atır. O da sürünüb divara söykəli qalar. Qoruqçu üzünü tutub YAP-çıya deyər: «Bunları anladım. Hərəsi 1-2 köynək bizdən uzaqdılar. Bəs sən,niyə onlara qoşulub oğurluğa gəlirdin?» Eyni qaydada bunu da şil-küt edib bayıra atar. O da dostların yanına sürünüb deyər: «Əgər cəbhəçini döyəndə, araya girsəydik, indi bu vəziyyətdə olmazdıq»…
…VAY, MƏMƏKƏTİM-(b)AZARBAYCAN, VAY…Bu bazarda satılanlara və satanlara baxın. Dindar din satır, müəllim nadanlıq satır, hakim ədalət satır, mömin sələm verir, hacı araq və heroin satır, molla kəfən satır, məmur diriyə, şeyx ölüyə gorgah satır, ana övladını, övlad əcdadını satır, kimi orqanlarını, kimi əndamını, kimi vicdanını, kimi namusunu. kimi torpağını, kimi qonşusunu, kimi neft, kimi də xlor satır. Xalq öz keçmişini, millət gələcəyini, hökumət qürurunu satır…Eh bu bazarda nələr var,nələr, bir bilsəniz. Bazar olsun… Şeytanınız bol olsun…
…Prezident nazirləri yığıb deyir: «Bu gündən rüşvəti tərgitmək lazımdır». Nazirlər xorla deyirlər: «Nə verirsiniz tərgidək»…
….Böhranla bağlı yeni təkliflər paketi hazırlamışam. Ölkəmizi bir sərəncamla yeniləşdirmək olar. Məsələn, Səhiyyə nazirliyinin adını Naxoş nazirliyi, Kənd Təsərrüfatı nazirliyinin adını Yarmarka nazirliyi, Bakı şəhər İH-nin adını Bankə qəsəbəsi, Hafiz Hacıyevin adını Aqil Abbas və sair kimi dəyişək. Əhalinin gülməkdən çörək də , dollar da yadından çıxacaq… Necədi…Durub o qiymətli başlarınızı iqtisadi fikirlə gic eləmək nəyimizə lazım…
…Türk yanlış edə bilər, yalan danışa bilər, zina edə bilər, …amma Vətənə və Millətə xəyanət edərsə, qanını yoxlatması məsləhətdir. Mütləq qanı pozuqdu…
…Dünyanın öndə gedən xalqları qanunları insana xidmət üçün uyğunlaşdırırlar. Bizdə isə qanunlar antiinsan mahiyyətlidi. İstənilən qanunu qaldırın baxın. Ona görə də təklif edirəm ki, bizim qanun kitablarının, məcəllə kitablarının üz qabığı İnsan dərisi ilə ilə cildlənsin…
…Rusiya proqnozların əksini təsdiqləmiş anormal bir dövlətdi. Ruslar ən etibarsız müttəfiqdi. Bu gün başdan xarab islamçılar rusdan mədəd ummaqdaykən heç 70 minlik İŞİD ordusunun 2 minlik rus mujiklərini niyə vurmadıqları sualını düşünüblərmi. Hər yerdə zərbənin hədəfindəki yalnız türklərdi. İŞİD ABŞ kimi onlara da toxunmurlar…
…Yaşamaq üçün 100 manatdan bizə 99 manat verirlər. O üzüdönmüş əskik qalan 1 manat, bizi oğruya yaltağa,satqına, xainə, rüşvətxora, qatilə, kafirə və zinakara çevirir. Bizi 1 manat öldürür, ay adamlar…
…Azərbaycan elə toleriant ölkədir ki, hətta burada Azərbaycan türkləri də yaşaya bilirlər…İnanmırsınızsa, Erməni Qadınları Komitəsindən soruşun…
…Bir dostumdan soruşdum ki, nə işlə məşğul olursan? Dedi ki, belə bir ölkədə doğulduğum üçün Fələyə qarğış tökməklə məşğulam…
…Yeni ağalardan biri oğluna bir fəhlə tapıb işlətməyi tapşırır. Oğlu fəhlə tapıb sevincək atasına deyir:» Ata bu fəhlə özündən yeyib bizə işləyəcək». Ata hirslənir: «Sən eləsini tap ki, özündən yesin, bizə işləsin və bizi də yedirtsin»…Anoloqsuz ölkəmizin reallığı budur. Amma xalqı nə bu iyrənclik, nə milyardlarla oğurlanan, daşınan sərvətlərimiz yandırmır. Xalqı yandıran, bu vəhşi zehniyyətin acgözlüklə kasıb ciblərindəki son çörək pulu olan qəpik-quruşa göz dikmələridi…Tanrı heç bir xalqa belə bir dəhşəti göstərməsin. Amin…
…Biz keçmişini daş-qalaq etmiş və gələcəyini kreditə götürüb xərcləmiş bir millətik…
…Küveyt, Norveç və Azərbaycan neft maqnatları görüşürlər. Onlara bir sual verilir: «Neftdən gələn gəlirləri necə bölüşürsünüz?»..
Küveytli deyir: «Bir dairə çəkirik, gələn pulu göyə atırıq. Dairəyə düşən pul bizim, kənara düşən isə xalqın olur».
Norveçli deyir: «Biz düz xətt çəkirik. Gələn pulu göyə atırıq. Xəttin sağ tərəfi xalqın, sol tərəfinə düşənlər isə bizim olur».
Azərbaycanlı deyir: «Biz xətt-zad çəkmirik. Gələn pulu göyə atırıq. Yerə düşənlər bizim, göydəkilər isə xalqın olur»…
…Bu gün Avropa insan hüquqları bəhanəsiylə ölkəmizə qarşı qətnamə qəbul edib…Buna sevinənlər və buna rəvac verənlər düşməndən də betərdilər. Ayrı bir ölkəmiz yox ki, bu xəcalət damğasını üstümüzdən atıb kənarda qalaq…Ölkədə insan haqlarını səfiqulular, novruzəlilər, məmmədhəsənəmilər pozur. Onların tərbiyısiylə böyümüş qurşaqdan aşağı düşünənlər pozurlar. Yetimin göz yaşını mirvari kimi boynundan asan, kasıbın ətini Stoliçniy kolbasa kimi yeyən, yoxsulun qanını sərin ayran kimi içən, bu adamlar üçün Vətən, Millət və Bayraq anlayışı yoxdur. Piylənmiş başlar xaşa belə yaramır. Yadıma Pərini bulaq başında görüb yapıncı ataraq tutan, çoban düşür. Tanrının lənəti və zinadan dünyaya gəlmiş Təpəgöz onun nəsibi idi…Çoban bir anlıq həzz üçün bir xalqı bəlaya düçar edir. Biz məgər o çobandan çoxmu ağıllıyıq? Hər gün aldığımız rüşvət, pozduğumuz qanunlar, əydiyimiz mizan- tərəzilər, halala qatdığımız haramlar, o Pəri qızın doğduğu Təpəgöz kimi yolumuzu kəsib. Hər gün qurbanlıq istəyir. Qarşısına tökməyə malımız, çıxarmağa qəhrəmanımız yoxdu. Allah gerisindən saxlasın. Xalq isə kimin günahkar olmasını axtarır. Vallahi və billahi günahkar öz məzlumluğun, nadanlığın və avamlığındır. Həzrəti Peyğəmbər də deyirdi ki, məzlum ən böyük zalimdi…Ən böyük zülmü isə özünə edər…Yoxsa ərəb qaçqınına badalaq atan Almaniya və yaxud qeyrisinin bizəcə bərk canı yanır…
…Bir ac canavar meşədə yem tapmadığından qəsəbəyə dadanır. Bazar kənarında, birinin süd qabını aşırıb südü içir, sonra bir çörəkçinin çörəyini yeyir, bir toyuq satanın toyuğunu, mollanın eşşəyini yeyir və bir gün də qəssabın ət dükanından da bir budu oğurlayıb yeyir.
Canavarın gəlişindən duyuq düşən kəndin itləri canavarı qovmağa başlayarlar.
Qovhaqov başlar…Elə ilk yorulub dayanan qəssabın iti olur. Çox yağlı yediyindən nəfəsi kəsilir və dayanır. Sonra südçünün, daha sonra isə çörəkçinin, mollanın və toyuq satanın iti vaz keçər. Ancaq canavar kənddən çıxıb yaxınlıqdakı meşəyə çatanadək dəmirçinin iti ondan əl çəkməz. Canavar qaça-qaça deyinər:- Bilirəm ki, südçünün südünü içmişəm, tamam. Çörəkçinin də çörəyini yemişəm, o da tamam. Mollanın eşşəyini də parçalamışam. Bu da məlum. Hələ qəssabı heç demirəm. Bütün bunlara baxmayaraq, onların itləri məndən əl çəkdilər. Bəs yaxşı, görəsən, mən bu dəmirçinin nəyini yemişəm ki, onun iti məndən əl çəkmir? Allah hər birinizi dəmirçiin itinə tuş eləsin, ay oğrular…
…Bu ölkənin halına baxıb uzun-uzadı yatmağım gəlir…
Qarabağdan köçkün dalğasının çadrlarda yerləşdirildiyi günlərdə Almaniya köçkünlərə yardım gətirir. Bir yaşlı qadın icra nümayəndəsinə yaxınlaşıb soruşur: «Bala, bu yardımı kim gətirib?» İcra nümayəndəsi: «Ay nənə, nemeslərdi». Qarı deyir ki, bala nemes sizsiniz, gətiriləni oğurlayırsınız. Bunlar əməli-başlı adamlardır…
…Son zamanlar Mark bəyin «bostanındakı» xiyar tağlarında xeyli «əfsanəvi (yəni yalançı) qəhrəman» yetişib. Aradan yetərincə zaman ötdüyünü düşünüb hərə öz nağılını gaplayır. Mən də bu nağıllara uyğun statistika hazırlayıb gördüm ki, artıq dünyada erməni pisliyi qalmayıb. Qarabağı da sadəcə Lazım kişi gələndə almağımız lazımdı. Yəni belə məsləhətmiş. Amma bu yerdə yadıma,nədənsə Rus-alman davasının bir lətifəsi düşdü. Bir gün nəvə öz veteran babasına deyir: «Baba, hər kəs müharibədəki igidliyindən danışır. Sən niyə danışmırsan?» Baba deyir ki, bala, bizim dəstə elə ilk döyüşdə əsir düşdü. Düşmən bizi çox incitdi. Bir gün də dedilər ki, çəkməmizi yalayacaqsınız. Kimlər yalamadısa, onları güllələdilər»…
Baba susub fikrə dalır. Nəvə soruşur: «Baba, bəs sənə nə etdilər?»
Baba ətrafa boylanıb dedi: «Ay bala, nə edəcəkdilər ki? Məni də güllələdilər»…
…Hökumətə şikayət yazıb cavab gözləməkdən Novuzəliyə dönmüşük. Day bir yolluq deyin ki, şikayətə baxmırıq, rədd olub gedək, başqa ölkələrin Poçt qutularının yanında duraq də…
…Müşviqin heykəlini uçuran «milli neo kommunistlərimiz»in gələcəkdə Qız Qalasını söküb yerində restoran tikəcəyinə tam əmin ola bilərsiniz. Çünki bu ölkədə «ağıllı pullar» axmaq adamların əlinə keçib. Özü də bu cür axmaq yollarla keçib…
…Azərbaycan türkcəsi mühafizəkar bir dildir. Alınma sözlərdə belə öz çalarlarını buraxır. Ona görə də söz yaradıcılığında istənilən sözü araşdırdıqda konkret xronoloji tarixlə baş-başa qalmalı olursan. Buna görə də türklər tarixi simvollarla bildiklərinə görə tarixi əsərlər yazmağa meyilli olmayıblar. Bu yeni bir sahə kimi öyrənilməlidir.
Hər gün işlətdiyimiz bir sözdən başlayaq: SU. Suyun yarandığı topa BU-LUD və su saxlamaq üçün qab TULUB (baxın,BULUT-TULUB bir-birinin əksi olan bir morfem). Yer səthində çıxdığı məkan BU-LAQ, suyun qaynama halı BU-XAR, mülayim halı BU-ĞLANMA, donma halı BU-Z, çirkli halı BU-LANIQ, hətta yeni dili açılan körpənin dediyi BU-VVA və s. kimi deyimləri kimsə inkar edə bilməz. Bəs niyə BU yox, SU deyirik?..

