AVMVİB Sumqayıt şəhər şöbəsində Vətən müharibəsi veteranlarının üzvlüyə qəbulu ilə bağlı təqdimat mərasimi keçirilib.
Bu günə qədər 400 nəfər Vətən müharibəsi Veteranı, Birliyə üzv olmaq üçün müracət edib. Onlardan 300 nəfərinə üzvlük vəsiqələri təqdim olunub.
Fərdi qaydada onların durumları ilə bağlı işlər təşkilat rəhbərliyi məşğul olub və onların durumunu daim diqqətdə saxlamağa çalışır.
Prosses davam etdirilir.
Bu barədə AVMVIB sədrinin səlahiyyətli nümayəndəsi Zəkəriyyə Rəhimov məlumat verib.
O, bildirib ki, bu ictimai bir qurumun imkanlarından xaric bir işdir. Sadəıcə əlavə problemlər yaranmasın deyə biz könüllü olaraq bu işə qol qoymuşuq. Yaradılmış komissiyanın varlığı bilinmir. AVMVİB ictimai qurum olsa da bu problemi yaxşı bildiyinə görə kənarda seyrçi qalmaq istəmir. Bütün imkanlarımız daxilində gənclərimizə dəstək olmağa çalışırıq.
AVMVİB Sumqayıt şəhər şöbəsinin sədri Timuraz Mansurov da problemə diqqətin artırılmasını qeyd etdi. Əslində bu bizim problem deyil. Amma döyüşçüləri ortada qoya bilmərik. Məsləhətləşmələr aparılmalıdır.
Nurlan Məmmədli










