AVMVİB-nin Nəsimi rayon şöbəsində Qazilərlə görüş keçirildi

AVMVİB Nəsimi rayon şöbəsində 2020-ci ilin 44 günlük Vətən müharibəsi Qaziləri ilə görüş keçirildi.

Görüşdə Bəhrəmli Elmar Eldar oğlu, İbrahimov Samrat Vaqif oğlu, Məmliyev İsmayıl Əli oğlu, Bəkirov Elvin Elman oğlu, Quliyev Ağəli Bahadur oğlu iştirak etdilər.

AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov Böyük Zəfər qazanmış döyüşçüləri səmimi qarşıladı və onlara AVMVİB sədri Füzuli Rzaquliyevin salamlarını çatdırdı.

Elmar Hüseynov gənclərimizə müharibə veteranının cəmiyyətdəki rolu və onun ictimai fəaliyyətinin necə olması haqqında məlumat verdi. Gənclərimizi daim Dövlətimizin yanında yer almalarının vacibliyini qeyd etdi. Onlar döyüşçü kimi nümunə olduqlarını xaırlatdı. Sizdən sonra gələnlər öz sıralarını sizlərlə düzəldəcək. Bir vaxtlar çoxlarınızın etiraf etdiyi kimi bizlər sizə nümunə olmuşuq.

Daha sonra gənc döyüşçülərə AVMVİB-nin üzvülük vəsiqələri təqdim edildi.

Elnur Səlim

Bu xəbəri paylaşın: