AVMVİB Zərdab rayon şöbəsində Vətən müharibəsi veteranlarının üzvlüyə qəbulu ilə bağlı təqdimat mərasimi keçirilib.
AVMVİB-nin 70 mininci üzvlük vəsiqəsinin sahibi zərdablı veteranımız oldu. Vəsiqə sahibi Pərvin Nuriyevin qardaşı da, atası da müharibə veteranlarıdır..

Bu barədə məlumat verən AVMVİB Zərdab rayon şöbəsinin sədri Seyfi Həsənov rayon veteranlarının sayının 720 nəfərə çatdığını bildirdi. Zərdabda Vətən müharibəsi iştirakçılarına İctimai Birliyin üzvlük vəsiqəsi təqdim edilir. Bildirilib ki, bu sadəcə müharibə veteranlarının bir arada olması deməkdir. İnanırıq ki, gənc döyüşçülərimizin veteranlıqla bağlı müraciətləri öz qanuni həllini tapacaq.
Təbrik edirik!
Türkay Xaqan
