Azərbaycan Ordusu Qarabağda ermənilərin leş axtarışına qadağa qoydu

Dağlıq Qarabağda son döyüş əməliyyatları zonasında itkin düşənlərin və ölən hərbçilərin qalıqlarının axtarışı qeyri-müəyyən müddətə dayandırılıb.

Verilən məlumata görə, bölgədə 15 fevraldan bəri heç bir kəşfiyyat işi aparılmadığı qeyd olunur.

Bildirilib ki, Azərbaycan tərəfi Qarabağ ətrafındakı yaşayış məntəqələrində axtarış işlərini qadağan edib. Ermənilərə qadağa ilə bağlı detallı açıqlama verməyə lüzum görülməyib.

Xatırladaq ki, münaqişə zonasında atəşkəsin bərqərar olmasından sonra başlayan axtarış zamanı 1485 hərbçinin cəsədləri və qalıqları tapılıb.

Bu xəbəri paylaşın: