“Zəfər yolu”nun istifadəyə veriləcəyi tarix AÇIQLANDI

«Zəfər yolu” adlandırılan, Bakı-Hacıqabul-Mincivan avtomobil yolunun Füzulinin Əhmədbəyli kəndindən Şuşaya gedən 101 km yolun torpaq yatağı artıq hazırdır”.


Sfera.az xəbər verir ki, bu barədə «2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş brifinqdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov bildirib.


O qeyd edib ki, yolun 61 km-lik hissəsi minadan təmizlənməyib, yalnız 6-7 metrlik yol hissəsi minadan təmizlənib. Hazırda ərazidən minalar təmizləndikcə yolun tikintisi təmin edilir. Avqustun sonunadək istismara veriləcək. Alternativ olaraq, Əhmədbəyli kəndindən Horadiz istiqamətində yeni yolun tikintisinə başlanılıb. Sıfır km-11,5 km-dək yol yatağı artıq hazırdır. 


Füzulidəki yeni hava limanı istiqamətində də alternativ yol çəkilir.

Bu xəbəri paylaşın: