XOCALI SOYQIRIMI: Dövlətimizin apardığı məqsədyönlü siyasət öz töhfəsini verməkdədir…

(Əvvəli: https://fedai.az/?p=30197, https://fedai.az/?p=30272)

Cinayət hadisəsindən xeyli vaxt keçməsinə baxmayaraq azərbaycanlılara qarşı sistematik və geniş miqyaslı hücumları təşkil edən şəxslərin dairəsi müəyyən edilmiş, Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən törədilən cinayət faktları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun hərtərəfli istintaq aparılaraq, bu günə sülh və insanlıq əleyhinə, habelə müharibə və digər xüsusilə ağır cinayətlər törətmişşəxslərdən 40-nın Xocalı soyqırımı epizodu üzrə Azərbaycan Respublikası CM-nin 103, 107, 113, 115, 116, 120, 214 və digər maddələrində nəzərdə tutulan cinayətləri törətmələri sübuta yetirildiyindən, onlar barəsində həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilmiş, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilmiş və axtarışlarının təmin edilməsindən ötrü sənədlər müvafiq təşkilatlara göndərilmişdir.

O cümlədən, Xocalı soyqırımını törədənlərdən biri olmuş, 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri vəzifəsində çalışmış Seyran Ohanyanın barəsində 11.11.2020-ci il tarixdə Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) və 107-ci maddləri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilməklə Respublika Hərbi Prokurorluğu tərəfindən barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Bakı hərbi məhkəməsinə təqdimat verilmiş, həmin təqdimat məhkəmə tərəfindən təmin olunub və S. Ohanyan barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib. S. Ohanyanın saxlanılması üçün barəsində beynəlxalq axtarış elan edilib.

Hazırda Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş işgəncə, soyqırım, digər sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinin, habelə düşmənlə təmas xəttində milli ədavət və düşmənçilik niyyəti ilə törədilmiş cinayətlərin araşdırılması istiqamətində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikası Cinayət və Cinayət Prosessual Məcəllələrinin tələblərinə əsasən və vahid istintaq-əməliyyat planına uyğun olaraq, zəruri istintaq-əməliyyat tədbirlərinin davam etdirilməsi təmin edilir, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində işlər davam etdirilir.

Təbii ki, görülən sadaladığımız və obyektiv səbəblərdən sadalaya bilmədiyimiz bu cür əhəmiyyətli işləri istər İctimai Birliyi üzvüləri kimi, istərsə də bir vətəndaş kimi dəyərələndirməmək ədalətsizlik olar.Odur ki, fürsətdən istifadə edib zaman-zaman xalqımıza qarşı müxtəlif cinayətlər, o cümlədən sülh və insanlıq əleyhinə olan cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində görülən böyk işlərə görə Hərbi Prokurorluğun rəhbərliyinə və onun kollektivinə minnətdarlığımızı bildiririk.

Qeyd etmək istəyirik ki, görülmüş işlər barədə oxucularımıza ətraflı məlumatlar verilməsi növbəti yazılarmızda da davam etdiriləcəkdir. Amma maraqlı bir nüansı qeyd etməmək insafsızlıq olardı. Ölkəmizdə ilk və yeganə Soyqırımı Muzeyininin də, məhz Hərbi Prokurorluqda yaradılmasını da yəqin ki, çoxlarınız bilmirsiniz. Zəngin eksponatlara malik bu muzey əcnəbilərə xalqımıza qarşı edilmiş soyqırım daha əyani və sənədlərə uyğun olaraq nümayiş etdirilir.

Muzey, Tarix, Deportasiya-repressiya, Soyqırım və Terror adlı 4 bölmədən ibarətdir. Muzey 320 kv.m sahədə yerləşir. Muzeyin girişində olan böyük foto Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı cənab Prezident İlham Əliyevin başçılığı ilə 100 min insanın Azadlıq meydanından “Ana harayı” abidəsinə kimi yürüyüşünü-ümumxalq tədbirini əks etdirir.

Muzeydə ən çox diqqət çəkən Xocalıya hücumu əks etdirən Xocalı maketidir. Bu məzmunda Azərbaycanda yeganə maketdir. Maketdə ermənilərin Xocalı rayonuna bir neçə istiqamətdən, əsasən 3 istiqamətdən, sonra isə 1 istiqamətdən hücumu əks etdirilib. Qarabağda yeganə hava limanı Xocalı aeraportu olduğundan, Xocalı ermənilər üçün xüsusi strateji əhəmiyyətə malik bir yer idi. Eyni zamanda əlverişli coğrafi mövqedə yerləşdiyinə görə, onlar məhz Xocalı rayonunu nəinki işğal ediblər, həm də orada özlərinin etnik təmizləmə siyasətini tam olaraq həyata keçiriblər.

Aldığımız məlumata görə, yaradıldığı vaxtdan ötən ilin sonunadək muzeyi xarici vətəndaşlar da daxil olmaqla 21000 nəfərdən artıq şəxs ziyarət edib.

Fürsətdən istifadə edib, yaxın və uzaq tariximizə əsl vətəndaş yanğısı ilə göstərdikləri sayğıya və real faktları özündə ehtiva edən sübutları toplamaqla hər kəsin həqiqətlər-tarix boyu millətimizin başına gətirilən müsibətlər barədə məlumatlanmasına imkan yaratdıqlarına görə, Respublika Hərbi Prokurorluğunun vətənpərvər kollektivinə, şəxsən Azərbaycan Respublikası Baş prokurorunun müavini-Hərbi prokuror, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası Xanlar Vəliyevə müharibə veteranları adından öz minnətdarlığımızı bildiririk.

Xocalı soyqırımından 28 il ötür. Bu illər ərzində peşəkar Hərbi Prokurorluq əməkdaşları öz üzərlərinə düşən bu ağır və şərəfli işin öhdəsindən gəldiklərini son müharibə dönə-dönə təsdiqlədi. Olar yorulmadan bu hərbi cinayətlərə aid onlarla qeyd, yazışmalar, stenoqramlar, bədii əsərləri belə diqqətə almış və yüzlərlə zərər çəkəni dindirmiş və dərdlərinə şərik olmuşlar. Onların bu fədakar əməyi alqışlara layiqdir. Vətən naminə görülən bu fədakarlıqları Tarix unutmayacaqdır.

Xocalı soyqırımını törədənlərin xislətini bir daha xatırlatmaq üçün legioner kimi Qarabağa gəlmiş erməni əsgəri Racik Dedeyanın qeydləri olan bu yazılarda ermənilərin Xocalıya hücum ərəfəsindəki planları və törətdikləri vəhşiliklər təsvir olunub: “Biz Xocalıya hücum etməzdən bir gün öncə Quçşular ətrafinda toplanmışdıq. Bizim komandirimiz Suren Sumbatyan bizi iki sıraya düzərək dedi: “Biz bu gün Xocalıya girəcəyik. Qarşınıza çıxan heç kimə rəhm etməyin. Uşaq, qoca, cavan, əsgər, qadın, qız hər kəsi öldürün. Evlərini yandırın, məscidlərini yandırın, dini kitablarını (Qurani Kərimi nəzərdə tutur-red.) murdarlayıb özlərinə yaladın. Bizim üçün bir amal var qisas və Artsaxın müstəqil olması”.

Biz “Yaşasın Artsax” deyə qışqırırdıq. Bizlə bərabər Suriyadan və Livandan gəlmiş ermənilər də vardı. Biz Xocalıya daxil olduq. Həmin gecə qarşımıza çıxan hər kəsi öldürürdük. Hər dəfə müsəlman türk öldürdükdə gözümüzdə intiqam odu parlayırdı. Biz əsirləri tikanli məftilə bağlayıb maşınların arxasında parça-parça olana qədər sürüyürdük. Suriyadan gələn ermənilər isə onların kəlləsinin skeletini çıxarmaq üçün özləri ilə xüsusi alət gətirmişdilər. Onlar bu alətlə müsəlman itlərin kəllə sümüyünü çıxarır, kəllə skeletlərindən əşya düzəldirdilər.

Biz kiçik yaşlı uşaqları Xankəndinə apardıq. Orda bizim həkimlər onların daxili orqanlarını götürürdü. Qadın əsirləri isdədiyimiz qədər zorlayırdıq. Onların murdar bədəninə qızdırılmış xaç çəkirdik. Biz onlara verdiyimiz işgəncədən zövq alırdıq. Məscidlərin birində onları əsir götürdük. Onları məcbur etdik ki, öz murdar it yuvaları olan bu şeytan yuvasını murdarlasınlar. Müsəlman türklər bundan imtina etdikdə biz bunu etdik və sonra onları öz məscidlərində öldürüb öz dini kitabları ilə birgə külə döndərdik. Onlar Allahlarından kömək istəyirdi, amma onlara kimsə kömək etmirdi.

Onların Allahı da bizdən qorxurdu. Əsirləri bir-birini zorlamağa, öldürməyə məcbur edirdik. Onlar bundan imtina edəndə biz onları işgəncə ilə öldürürdük. Hamilə olan müsəlman qadınların qarınlarını cırıb, uşaqlarını öldürürdük ki, it soyu olan müsəlman türklər azalsın. Onların öldürülməsi bizim üçün vacib idi.

05 may 2005-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərliyi ilə bunca mənfur br düşmənə və onlara əlaltılıq edənlərə qarşı mübarizə aparılmaqdadır. Bu müqəddəs mübarizədə Şanlı Ordumuzun və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin komandanlığı ilə qazandığımız Zəfər daha geniş prespektivlər açır. İnanırıq ki, Xocalı soyqırımını törətmiş hərbi canilər layiqli cəzalarına çatdırılacaqlar…

Elnur Səlim

Bu xəbəri paylaşın: