Ermənistanın «kababçı müxalifəti» Paşinyanın «selfiçi hakimiyyəti»nə qarşı

Ermənistan paytaxtında Baş nazir Paşinyanın istefası tələbilə etiraz aksiyaları davam edir.

Müxalif qüvvələr Ermənistan parlament binası yerləşən Marşal Bağramyan prospektində çadırlar qurub və Nikol Paşinyanın istefasına nail olmayınca etiraz aksiyalarını davam etdirəcəklərini deyir.

Yeni etirazlara səbəb Baş nazir Nikol Paşinyanın iki gün bundan əvvəl verdiyi müsahibəsi olub. O, müsahibəsində Rusiyanın İskander raket qurğularının döyüş qabiliyyətini şübhə altına aldıb. Yəni Rusiyanın bu gün meydanda olması ortadadır. Xüsusən də Baş Qərargah rəisi Onik Qasparyanın Konustitusiyaya zidd bəyanatla meydana çıxması rus yanlı klanın və kolon nümayəndələrinin Ermənistanda çox zəif olmasını bir daha təsdiqlədi.

Ermənistanda Paşinyan+xalq birliyinin kolon+oliqarx+hərbi canilər+korrupsionerlər və onların komandası arasında mübarizə yoluna qədəm qoyub. Paşinyanın çağrışıyla meydana çıxan on minlərlə kütləyə qarşılıq, müxalifət minləri zorla aşan klanla birgə mübarizəyə qalxıb. Rusiya informasiya vasitələrinin yaydığı məlumatlar həqiqəti əks etdirmir və Azərbaycan informasiya məkanı da bu məlumatlar əsasında formalaşır və rus yalanlarını bizlərə sırıyırlar.

Xalqdan dəstək almayan müxalifət «Paşinyan — satqın» şüarı ilə yanaşı «Millət, ordu, Ermənistan» şüarını da səsləməyə başlayıb. Lakin Rusiya və onun yerli kuklaları hərbi çevriliş cəhdlərinin dünyada pis qarşılanması faktını artıq anlamağa başlayıblar.

 Ermənistan Müdafiə Nazirliyi bəyanat yayıb və ordunu siyasi proseslərə sürükləməməyə çağırıb.

«Silahlı qüvvələri adından bəyanatlar verməməyə və ordunu siyasi proseslərə cəlb etməkdən çəkinməyi tələb edirik. Müdafiə Nazirliyi və Ermənistan Silahlı Qüvvələri siyasətdən kənardır və siyasi proseslərdən asılı olmayaraq, dövlətin və xalqın təhlükəsizliyini təmin etmək vəzifəsini yerinə yetirməkdə davam edir», — Ermənistan MN mətbuat xidmətindən alınmış bəyanatda deyilir. Yəni bu gərginliyin hərbi müstəviyə keçməyəcəyinin ilkin işartıları sayıla bilər.

Xalqdan ciddi dəstək alan Paşinyan yürüş etməklə gövdə nümayiş etdirdi. Müharibədəki uğursuzluğu isə bir başa bu müharibənin memarı olan Rusiyaya yükləməklə «sudan quru çıxacaq». Çünki rusların bu müharibədə iştirakçı olması faktı Paşinyanın növbəti əlini gücləndirən siyasi fakt kimi açıqlana bilər. Rusiya bu faktor qarşısında Paşinyanı siyasi səhnədən uzaqlaşdırmaq barədə düşünməkdədir. Lakin onun siyasi kuklaları olan Sarqsyan və Koçaryan cütlüyü İrəvanda «siyasi partizanlıq»la məşğul olmaqdan irəli gedə bilmirlər.

Yəni hələ Nikol Paşinyan uzun vədə Ermənistan hakimiyyətinin olimpində olacağı görünməkdədir…

Fedai.az Araşdırma Qrupu

«Kababçı erməni müxalifətinin» yürüşləri:

PAŞİNYANIN ÇOXMİNLİK YÜRÜŞÜ:

Bu xəbəri paylaşın: