Şuşa fatehi general-leytenant Hikmət Mirzəyevin doğum günüdür!

Bu gün Azərbaycan hərb tarixi üçün əlamətdar gündür. Şuşa fatehi general-leytenant Hikmət Mirzəyevin doğum günüdür!

Xüsusi Təyinatlı Qüvvələrin Komandanı, general-leytenant Hikmət İzzət oğlu Mirzəyev Biləsuvar rayonunda doğulub. 2016-cı ilin aprelində və 2020-ci ildə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindəndir. Cəbrayıl rayonunun 27 il davam edən işğaldan azad edilməsi əməliyyatının başçısıdır.

Hikmət Mirzəyev «Vətənə xidmətə görə», «Azərbaycan bayrağı» ordeni, «Vətən uğrunda», «İgidliyə görə», 3 dəfə «Hərbi xidmətdə fərqlənməyə görə», «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)» yubiley medalı, «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)» yubiley medalı, «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)» yubiley medalı, «Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)» yubiley medalları ilə təltif olunub.

AVMVİB Rəhbərliyi Hikmət Mirzəyevi təbrik edir, uzun ömür, can sağlığı və Zəfər müjdəli günlər arzulayır.

Təbrik edirik!

Bu xəbəri paylaşın: