YAP rəhbərliyindən uzaqlaşdırılan funksionerlərin SİYAHISI

 Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirilib və qurultayda partiyanın rəhbər orqanlarında dəyşikliklər edilib.

Partiyanın  81 nəfərdən ibarət Siyasi Şurası ləğv olunub və İdarə Heyətinin üzvlərinin sayı isə 20-dən 40-a çatdırılıb, həmçinin 35 nəfərdən ibarət yeni Veteranlar Şurası yaradılıb. Qurultayda ləğv olunan Siyasi Şura üzvlərinin bəziləri yenidən təşkil olunan İdarə Heyətində, Təftiş Komissiyasında  və yeni yaranan Veteranlar Şurasında yer alsalar da, bir-çox Şiyasi Şura üzvü YAP-ın rəhbər orqanlarından tamamilə uzaqlaşdırılıb. KİV-lərdə uzaqlaşdırılan YAP üzvlərinin siyahısı yayınlanıb.

Həmin siyahını təqdim edirik:

YAP rəhbərliyindən uzaqlaşdırılan şəxslərin tam siyahısı aşağıdakı kimidir:


1. İsmət Abasov – Keçmiş Kənd Təsərrüfatı naziri, Baş nazirin sabiq müavini

2. Əli Abbasov – Sabiq Rabitə və Texnologiyalar naziri,  AMEA prezidentinin müşaviri

3.  Rövnəq Abdullayev – SOCAR-ın prezidenti

4. Vaqif Abdullayev — Beyləqan rayon İcra Hakimiyyətinin sabiq başçısı

5. Fatma Abdullazadə — Prezident Aparıtımın sabiq şöbə müdiri

6. Hacıbala Abutalıbov — Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı

7. Elnur Aslanov — Prezident Aparıtımın sabiq şöbə müdiri 

8. Hüseynqulu Bağırov — Keçmiş Ekologiya və Təbii Sərvətlər naziri

9. Azad Balayev — YAP Balakən rayon təşkilatının sədri, rayon İcra Hakimiyyəti başçısının müavini

  1. Yaqub Eyyubov — Baş nazirin birinci müavini
  2. Ağaəli Əhmədov — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı
  3. Namiq Əhmədov — Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri
  4. Sədrəddin Əkbərov — Bakı şəhər İcra Hakimiyyəti aparatında Memarlıq və Şəhərsalma Baş İdarəsi rəisinin birinci müavini
  5. Fuad Ələsgərov — Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri
  6. Əlibaba Əliyev — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı
  7. Firdovsi Əliyev — Ekologiya və Təbii Sərvətlər nazirinin müavini
  8. Qafar Əliyev — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı
  9. Vaqif Əliyev — Mədəniyyət və Turizm nazirinin I müavini
  10. Yaqub Əliyev — Bakı Baş Təhsil İdarəsinin şöbə müdiri
  11. Əli Əsədov – Azərbaycanın Baş naziri
  12. Oqtay Əsədov — Milli Məclisin sabiq sədri, millət vəkili
  13. Ağabəy Əsgərov – «Azərbaycan” nəşriyyatının baş direktoru
  14. Asif Əsgərov — Nəsimi rayon İcra Hakimiyyətinin başçısı
  15. Ziyafət Əsgərov — Milli Məclisin sədrinin birinci müavini, Müdafiə,Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri
  16. Abdin Fərzəliyev — Nərimanov rayon İcra Hakimiyyətinin başçısı
  17. Asəf Hacıyev — Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi
  18. İsa Həbibbəyli — Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
  19. Əli Həsənov — Prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi 29. Yusif Hümbətov – «Azərsutikinti” Səhmdar Cəmiyyətinin sədri
  20. Hicran Hüseynova — Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq sədri
  21. Vaqif Hüseynov — Saatlı rayonu İcra hakimiyyətinin sabiq başçısı
  22. İradə Hüseynova — Bakı Dövlət Universitetinin professoru, Təhsil nazirinin sabiq müavini
  23. David İbrahimxəlilov — Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri
  24. Sudeyf İmamverdiyev — Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri
  25. Nazim İsmayılov — Saatlı rayon İcra Hakimiyyətinin keçmiş başçısı 
  26. Süleyman İsmayılov — Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri37. Mirkazım Kazımov — Milli Məclisin sabiq deputatı, «Qasid” firmasının prezidenti
  27. Samirə Quliyeva — Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin baş məsləhətçisi
  28. Abel Məhərrəmov — Bakı Dövlət Universitetinin sabiq rektoru
  29. Novruz Məmmədov – Azərbaycanın keçmiş Baş naziri
  30. Şahin Məmmədov — Masallı rayon İcra Hakimiyyətinin başçısı
  31. Gülçöhrə Məmmədova — Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru
  32. Aydın Mirzəzadə — Milli Məclisin deputatı
  33. Şahin Mustafayev – Baş nazirin müavini
  34. Zeynal Nağdəliyev — Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri
  35. Siyavuş Novruzov — Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri
  36. Hüseyn Paşayev — Yeni Azərbaycan Partiyası Mətbuat Xidmətinin rəhbəri
  37. Hadı Rəcəbli — Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri
  38. Vüqar Rəhimzadə — «İki sahil” qəzetinin baş redaktoru
  39. Dilarə Seyidzadə — Prezidentin Katibliyinin sabiq rəisi
  40. Rizvan Vahabov — Dövlət Yanacaq Komitəsinin keçmiş sədri, Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin sabiq rəisi 
  41. Misirxan Vəliyev — Yeni Azərbaycan Partiyası İcra Katibliyində baş təlimatçı
Bu xəbəri paylaşın: