2-ci Qarabağ müharibəsi qazisi intihara cəhd edib.
BAXAR.AZ xəbər verir ki, 2-ci Qarabağ döyüşlərinin iştirakçısı Elvin Allahverdiyev intihara cəhd edib. Qarabağ qazisi iş üçün dəfələrlə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzova müraciət edib. Sonuncu dəfə icra başçısı ilə görüşən zaman Elvin Allahverdiyev icra başçısından «Mənə görə döyüşməmisən» ifadəsini eşidib. Bu ifadəyə qəzəblənən qazi ülgüclə sol qolunu kəsib. Hadisə yerində olan sakinlərin köməyi ilə xəstəxanaya çatdırılan qazinin damarları kəsilib.
Faktla bağlı hələki heç bir rəsmi qurum məlumat yaymayıb.
Məsələ ilə bağlı istər hüquq-mühafizə, istərsə də icrabaşı Novruz xanın da mövqeyini işıqlandırmağa hazırıq.
Fərid İMRAN
P.S. Siyəzən rayon İcra Hakimiyyətinin 68 yaşı olan başçısı Novruz Novruzov eteranların qərargahına tamah salıb satmağa çalışan və daim bu təbəqədən olan insanlara mənfi münasibəti ilə seçilən məmurlardan sayılır. Amma nədənsə onun haqqında olan əsaslı şikayətlərə baxan tapılmır.