Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Ağdaş rayon şöbəsində tədbir kecirilib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev məlumat verib.
İlham Beydullayev bildirdi ki, Ağdaş rayon Qolqəti kənd sakini, gənc vətənpərvər, 29 yaşlı Haciyev Sahib Xamid oğlu uzun müddətdir ki, müntəzəm olaraq gənclərlə, təşkilatımızla daim əlaqə saxlayir və mənəvi dəstək verir. 44 günlük Vətən Müharibəsində arxa və ön cəbhədə daim bizimlə bir yerdə olub. Vətən qarşısındakı təmənnassız bu xidmətlərinə görə, Sahib Hacıyev AVMVİB-nin Fəxri fərmanı ilə təltif olundu.
Gəncimizi təbrik edirik və inanırıq ki, bundan sonra da belə örnək addımlarını davam etdirəcəkdir…
Elnur Səlim
