Erməni həyasızlığı və rus mujik qanmazlığı bir-birinə qarışıb

Qırmızıbazar-Xankəndi yolu ilə gedən maşın karvanımızda gedən avtomobillərdən birinin təkərindən daş sıçrayaraq ermənilərin avtomobilinin ön şüşəsinə dəyib.

İndi bu şərəf yoxsulları bar-bar bağırırlar ki, azərbaycanlılar avtomobildən bizə daş atdılar.

Bu zavallılar başa düşmür ki, azərbaycanlılar atsa, atsa PUA-dan zaddan atar, avtomatdan atar, ya da toplardan atar.

Erməni Telegram kanalları isə belə yazır: «Azərbaycan hərbçiləri, Qarabağdakı Rusiya sülhməramlı dəstəsinin nəzarətinə baxmayaraq, «Qarabağ xalqına» qarşı «cinayətlər» törədirlər. Qarabağ rəhbərliyinə müraciət edirik, cinayət işi qaldırılıbmı?

Sülhməramlı kontingenti azərbaycanlılar tərəfindən törədilən «cinayət faktı» ilə bağlı hansı tədbir gördü?

Leyla Həsənova

Bu xəbəri paylaşın: