Biz sizdən öyrəndik QƏHRƏMANLIĞI…VİDEOLAR/FOTOLAR

Bir deyim var: «Qələbənin şərikləri çox olar, amma məğlubiyyət həmişə yetimdir»…

Birinci Qarabağ müharibəsinin qəhrəman könüllüləri bu məğlubiyyətə də sahib çıxdılar. İki Ali Baş Komandanı fərarilik edib qaçmış olan, qondarma Xankəndi ilə Bakının yerini dəyişik «salıb» Vətənə xəyanət edən qondarma əsgərlikdə olmayan «polkovniklər»in satqınlığı ilə uduzulmuş bir məğlubiyyəti yetim buraxmadıq. Bu gün Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli əmrləriylə qazanılmış qələbəyə iddiaçılar çoxdur. Amma bir televiziya və ya mətbuat qurumu desin ki, ardıcıl olaraq Qarabağı, yalnız döyüşlə almaq iddiasının üzərində durub? Bu ünvan AVMVİB-dir. Təkcə 2019-cu ildə məktəblərdə və hərbi hissələrdə 836 hərbi vətənpərvərlik tədbiri keçirməyi bacaran, bəzən tədbirlərə lazım olan əşyalrı belə nisyə alıb təqaüdləri ilə ödəyən vətənpərvər AVMVİB üzvlərinin əməyi unudulmamalıdır.

Bu yolda dəstək olan Azərbaycan Respublikası Hərbi Prokurorluğu əməkdaşlarına başda general leytenant Xanlar Vəliyev olmaqla, Xətai, Ağdam rayon İcra Hakimiyyətlərinin başçılarına və əməyi keçən, bu yolda bizimlə birgə olan fəxri üzvlərimizə minnətdarlığımızı bildiririk.

Uduzulmuş müharibəyə Vətən müharibəsi deməyi bacaran və cəmiyyətin alt şüuruna oturdan tək ünvan da Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyidir (AVMVİB). Tam 26 il öncə bu savaşın adını rəsmiləşdirdik.

Bu Vətən üçün amalı şəhidlik olan veteranlarımıza salam olsun!

Amalı Dövlətimizin əbədi, Bayrağımızın uca olması olan veteranlarımıza eşq olsun!

Vətən tarixinin şərəfli səhifəsinə çevrilən qəhrəman şəhidlərimizin məkanı cənnət olsun!

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: