Çin və Türkiyənin xarici işlər nazirləri bir araya gəldi

Çin Xarici İşlər naziri Səudiyyə Ərəbistanına səfərini başa vurduqdan sonra bu gün Türkiyəyə gəlib.

  Çin Xarici İşlər naziri Vanq Yi cümə axşamı günü Türkiyəyə regional səfər reallaşdırıb və Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Çin Xarici İşlər naziri türkiyəli həmkarı ilə görüşündə Pekin ilə Ankara arasında ikitərəfli əməkdaşlığın inkişafı və dərinləşdirilməsi, habelə mühüm regional və beynəlxalq məsələləri müzakirə edib.  

Çinli nazir Çavuşoğludan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşəcək.  

Çin Xarici İşlər naziri Vanq Yinin sabah İrana səfəri planlaşdırılır.

Mənbə: https://eastnews.org/news/55038

Bu xəbəri paylaşın: