Paşinyan hökumətindən yeni » TƏHLÜKƏSİZLİK» qaydaları: «Ağıl ağıldan üstün olar»

Paşinyanın təhlükəsizlik xidmətinin əməkdaşları xüsusi tapşırığa əsasən artıq onun evindən çıxıb istənilən yerə getməsinə belə ciddi nəzarət edirlər.

Belə ki, Paşinyan hətta öz nazirliklərindən birinə gedərkən, həmin nazirliyin hər yeri əvvəlcədən təlim görmüş KÖPƏKLƏR vasitəsilə yoxlanılır, sonra isə Paşinyan oraya təşrif buyurur. Necə ki, bu gün onun Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə etdiyi səfəri zamanı olduğu kimi. (ŞƏKİLDƏ)

Belə çıxır ki, Nikol Paşinyan Ermənistanda itlərdən başqa heç kimə etibar etmir. Necə deyərlər «ağıl ağıldan üstün olar».

İSMAYIL TANRIVERDİ

Bu xəbəri paylaşın: