FƏXRİ XİYABAN, YOXSA ŞƏHİDLƏR XİYABANI? MƏNƏVİ DƏYƏRLƏRİMİZƏ XOR BAXANLAR…

Allahverdi Gündoğdu

Yazıçı, jurnalist, şəhid atası

Millətin kimliyi, mahiyyəti onun mənəvi dəyərləri ilə ölçülür. Minilliklərin dərinliyindən gələn bu dəyərlər isə həmişə əbədiyaşar olub. Di gəl ki, bu dəyərlərə yadelli, yadqanlıların, bütövlükdə yad ünsürlərin nüfuz etməsi , hər vəhclə onu sıradan çıxarmağa çalışması yüz illərdir başımızın bəlasına çevrilib.

Diqqət yetirin, təxminən 300 ilə yaxındır Azərbaycan Türklərinin real tarixi yazılmır. Niyə? Ona görə ki, həmin sükanda indilikdə olduğu kimi yadelli ünsürlər əyləşdiriliblər. Özümüzünkülər də susmaq qızıldır deyib, seyirçi mövqedə dayanıblar.

Ötən illərdə Türkiyədə olarkən, əsrlərin yadigarı olan qədim Pamukqala ziyarətinə getdim. Qala nişanələrini, mükəmməl mədəniyyət izlərini bu gün də özündə əks etdirən bu qədim «şəhərdə» çox qələbəlik idi. Turist əlindən tərpənmək olmurdu. Ziyarətçilərin də əksəriyyətini Asiyalılar, əsasən də Çinlilər, Koreyalılar, Hindistanlılar təşkil edirdi. Ziyarət əsnasında qala divarlarının girişində böyük bir tablo gördüm. Burada yazılmışdı:

— Bu qala eramızdan əvvəl 91-ci ildə romalılar tərəfindən inşa edilmişdi. Anındaca Azərbaycana zəng etdim. Dəyərli Xocamız, araşdırmaçı yurnalist, Türk tarixinin mahir bilicisi, AVMVİB-nin mətbuat katibi, Fədai.Az saytının baş redaktoru Xaqani Ədəboğlu Rzaqulubəyə müraciət edib, məsələyə aydınlıq gətirməsini rica etdim.

Cavab qısa və konkret oldu:

— O dövrdə romalılar orada nə qələt edirdilər? Pamukqalanı özümüzünkülər- etursklar tikib, məgər orada Türk izləri açıq-aşkar görünmürmü? Vəssalam! Bundan sonra öyrəndim ki, qardaş Türkiyədə də millətin tarixi sultanlıq dövründən, daha doğrusu, 1071-ci il Malazgird savaşından o yana keçə bilmir. Onlar da bizi kimi yadellilərin- avrosentristlərin uydurma tarixlərinin girovuna çevriliblər. Doğrudur, müəyyən irəliləyişlər olsa da, bu gün Türkiyədə həmin tendensiya davam etməkdədir. Əmir Teymura, şah babamız Xətaiyə hələ də çəp nəzərlərlə baxmaqdadırlar.

İndi də gələk yadellilərin deqradasiyasına məruz qalmış mənəvi dəyərlərimizin ən uca zirvəsi hesab edilən Fəxri və Şəhidlər Xiyabanlarımıza. Hər kəsə bəllidir ki, Bakı şəhərində indiyədək iki Fəxri Xiyaban mövcud olub — 1-ci və 2-ci Fəxri Xiyabanlar. 1-ci Fəxri Xiyaban Mircəfər Bağırov dönəmində, onun göstərişi ilə 27 avqust 1948-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı ilə yaradılıb. Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi, Hüseyn Ərəblinsiki, Süleyman Sani Axundov, Cabbar Qaryağdıoğlu, Əzim Əzimzadə , Hüseynqulu Sarabski və digərləri yeni yaradılmış Fəxri Xiyabanın ilk sakinləri oldular. Bir ilk olaraq, cənazəsi çiyinlərdə gətirilən böyük karifey Üzeyir Hacıbəyli 23 noyabr 1948-ci ildə burada dəfn olunmuşdu.

Birsözlə, Fəxri Xiyabanda Azərbaycanın karifey sənətkarları, görkəmli alim və sərkərdələri və digər ünlü simaların dəfn edilməsi nəzərdə tutulurdu. İllər keçdi, Fəxri Xiyaban dolmaq üzrə olduğundan, 2-ci Fəxri Xiyaban açmaq zərurəti meydana gəldi. Odur ki, 1960-cı ilin sonlarında Qurd Qapısı ilə Yasamal qəbirstanlığının arasında 2-ci Fəxri Xiyabanı saldılar. Son illər burada da sıxlıq yarandığından, bayır tərəfdə, Fəxri Xiyabanın istinad divarlarına söykənən məzarlar yolboyu sıralanmağa başladı. Onu da qeyd edim ki, hər iki Fəxri Xiyabanlarımızda mənfur sovetlər dönəmində yüksək dövləti vəzifələr tutmuş, partiya-dövlət xadimləri, xalqımıza yabançı olan ünsürlər, o cümlədən millətimizin qanını axıdan şərəfsiz bolşevik və daşnaqlar da yer almışdılar. Onların bir çoxu bu gün də üflənə-üflənə qorunub, saxlanılmaqdadır.

Yeri gəlmişkən, bununla bağlı bir məqamı da sayğıdəyər oxucularımızın diqqətinə çatdırmaq istərdim:

— 1994-cü ildə Şəhid xəbəri qapımızı döyəndən sonra, 2-ci Şəhidlər Xiyabanı əbədi ziyarətgahımıza çevrildi. Qeyd edim ki, 2-ci Şəhidlər Xiyabanı 2-ci Fəxri Xiyabanla eyni məkanda yerləşir. Eyni giriş qapısına malikdirlər. 1993-cü ilin ortalarından başlayaraq, 1-ci Şəhidlər Xiyabanında yer qalmadığından, dövlət 2-ci Şəhidlər Xiyabanını açmaq zorunda qaldı. Buna da ən münasib yer 2-ci Fəxri Xiyabana bitişik Hərbi Dəniz Donanmasının təchizat bazasının yeri seçildi. Təcili olaraq, bu bazanın ərazisinin yarısı boşaldılaraq, yerində 2-ci Şəhidlər Xiyabanı yaradıldı.

Bu illər ərzində mən ziyarətə gedərkən, mütləq 2-ci Fəxri Xiyabanın içindən keçib gedərdim. Müşahidə edirdim ki, 2-ci Fəxri Xiyabandan dörd erməni leşini çıxarıb, aparıblar. Hər dəfə düşünürdüm ki, görəsən, bu murdarların yerində Azərbaycanın hansı bəxtəvər simalarını dəfn edəcəklər. Yer qıtlığı buna əsas verirdi. Onu da deyim ki, din xadimlərinin dediklərinə görə (əgər Azərbaycanda bunlar varsa) xristian məzarının yerində müsəlmanın dəfn edilməsi yolverilməzdir. Təbii ki, bu, onların uydurmasıdır…

İş elə gətirdi ki, 2014-cü ilin ilk dörd ayı ərzində bu «xoşbəxtlik» Azərbaycanın dörd görkəmli, adlı-sanlı professoruna nəsib oldu:

— Zahid Qaralov, Siyavuş Qarayev, Nəriman Məmmədov və Təbrizdən cənazəsi gətirilmiş binəva Cavad Heyət. nə isə…

Şəhid mövzüsu, cəmiyyətimiz və millətimiz üçün yeni bir eranın başlanğıcı olaraq, ötən əsrin 90-cı illərindən meydana gəldi. Vaxt keçdikcə biz onun mahiyyətini dərindən anlamağa başladıq. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımız uğrunda şirin canlarını fəda edən uca Şəhidlərimiz qarşısında ehtiramla baş əyərək, onları dəyərləndirdik. Heç vaxt ağılagəlməyən qədər bir müqəddəs ziyarətgaha sahibləndik. Fəxri Xiyabanlarda dəfn edilənlərin tərkibi müxtəlif olsa da, Şəhidlər Xiyabanlarında uyuyanlarımız, sırf Vətən-Torpaq yolunda canlarını fəda edən əzizlərimizdir. İçimizdəki bəzi ərəb-fars nökərləri uca Şəhidlərimizə böhtan ataraq, onların din uğrunda Şəhid olduqlarını da uydururlar. Əsla, burada hər hansı söhbət belə gedə bilməz…

Şəhid balalarımıza, qardaş və bacılarımıza qucaq açan 1-ci Şəhidlər Xiyabanı yalnız uca Şəhidlərimizi ağuşuna aldı. Burada çox cüzi istisnalarla qondarma «Şəhidlərə» rast gəlinmədi. Bütün bunlara baxmayaraq, yadelli, yadqanlıların haram əlləri bu müqəddəs məkana da girə bildi. Belə ki, iki Türk Şəhidliyinin arasında 1918-ci ildə Bakını viranəyə çevirən, soydaşlarımızı kütləvi soyqırımına məruz qoyan bolşevik və hay faşistləri ilə qolboyun gedən şərəfsiz ingilis əsgərinə abidənin ucaldılması və paytaxtımızı yaman günə qoymuş Hacıbala Abutalıbovun göstərişi ilə Şəhid məzarlarının sıx əkilmiş küknar və şam ağacları ilə gizlədilməsi oldu ki, bu da uca Şəhidlərimizə və onların valideynlərinə qarşı həqarətdən başqa bir şey deyildir.

Yuxarıda qeyd etdik ki, Fəxri Xiyabanlar Azərbaycanın görkəmli şəxsiyyətləri, ictimai-siyasi xadimləri və digərləri üçün nəzərdə tutulub. Müqəddəs Şəhidlər Xiyabanlarında isə yalnız Şəhidlərimiz uyuya bilər. Malisəf həmin haram əllər 2-ci Şəhidlər Xiyabanına da müdaxilə edə bildi. Burada Şəhidlərimizin cərgəsinə keçmiş sovet generalları- Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, 82 yaşlı vitse-admiral Həmid Qasımbəyov, Respublikanın sabiq Hərbi Komissarlarından biri- Əbülfəz Qasımov, ürək tutmasından dünyasını dəyişən bir polkovnik, digər bir ədliyyə polkovniki və bu kimi digərləri yer aldılar. Onların sırasında bir döyüş generalımız -Zadir Rzayev də var ki, 1-ci Qarabağ müharibəsi qəhrəmanı olan bu görkəmli komandanı öz şəhid əsgərlərindən ayırmaq, bəlkə də doğru olmazdı. Yuxarıda adlarını çəkdiyim hərbçilərin yaxınları məndən inciməsinlər. Mən üzümü onlara tutub deyirəm: -əzizlərim , həmin generalların qazandıqları titullara görə Fəxri Xiyabanlarda dəfn edilmələri halalca haqları idi. Yəni buna layiq idilər. Mən də öz növbəmdə sual edirəm, layiq idilərsə niyə Fəxri Xiyabanda dəfn etmədilər? Yox, əgər layiq deyildilərsə, nədən Şəhidlər Xiyabanına yerləşdirildilər?

İndi də gələk «ağıllıların» uydurduqları 2 saylı Fəxri və Şəhidlər Xiyabanı mövzusuna. 2016-cı il Aprel döyüşlərindən dərhal sonra 2-ci Şəhidlər Xiyabanının sol tərəfində, divara bitişik hissədəki ərazi tamamilə boşaldılaraq, burada yeni Şəhidlər Xiyabanının inşasına başlanıldı. Yalnız 2020-ci ilin yayında baş vermiş Tovuz hadisələri, payızında isə başlayan Vətən Müharibəsi əsas verdi deyək ki, Dövlətin bu Xiyabanı yaratmaqda məqsədi məhz bu günə hesablanıbmış. Bu Şəhidlər Xiyabanının da ilk sakinləri Şəhid generalımız Polad Həşimov və Şəhid polkovnikimiz İlqar Mirzəyev oldu. Vətən Müharibəsi başlayandan sonra isə Şəhid Aslanlarımız öz komandirlərini tək qoymayaraq, onların cərgələrini xeyli genişləndirdilər. Göründüyü kimi bu Xiyabanda sırf Şəhid övladlarımız uyuyur. Yəni bura sırf Şəhidlər Xiyabanıdır. Belə olduğu halda, Şəhidlər Xiyabanının girişində divara həkk edilmiş lövhənin üzərində yazılmış 2-ci Fəxri və Şəhidlər Xiyabanı ifadəsi hansı anlama gəlir? Bu, birbaşa uca Şəhidlərimizin ruhuna yönəlmiş bir həqarətdir. Şəxsən mən bir Şəhid atası kimi bu yazını rədd edib, onu yazdıranları lənətləyirəm.

Sentyabrda Vətən Müharibəsi başlayandan həşəmətli mətbuatımız müqəddəs Şəhidlər Xiyabanımıza Fəxri Xiyaban deyib,dad döydülər. Bircəsi məsələ qaldırmadı ki, ay balam, Şəhidlər Xiyabanı əsla Fəxri Xiyaban deyildir. Burada heç bir yanılışlıq yoxdur, bu işlə məşğul olan haykanuşun bicləri Şəhidlər Xiyabanlarını Fəxri Xiyabanlar içində əritməyə çalışırlar. Mən də deyirəm , ay şərəfsizlər, unutmayın ki, Şəhidlik elə bir zirvədir ki, ora qalxmağa sizin gücünüz yetməz. Gedin, Aslanlarımızın kütləvi surətdə gəbərtdikləri leşlərinizin dərdini çəkin. Murdar əllərinizi müqəddəs Şəhidlər Xiyabanlarımıza uzatmayın.

Uca Şəhidlərimizə sayğılarımla!

Allahverdi Gündoğdu

P.S. Bu ciddi məsələ ilə maraqlanmaq üçün birbaşa cavabdeh qurumlara ümidim olmadığından,istərdim bunu Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyeva, yaxud da Azərbaycan Respublikası Prezidentinin köməkçisi hörmətli Hikmət Hacıyev öz nəzarətlərinə götürsünlər.

Bu xəbəri paylaşın: