Kolanda (Colanda) İsrail əsgərləri ilə suriyalılar toqquşdu

Eastnews.org-un verdiyi xəbərə görə, İsrail rejiminin işğalı altında olan Suriyanın Kolan (Colan) təpələri bölgəsində yaşayan insanlar etiraz aksiyası keçiriblər.

  Aksiyada bölgədəki İsrail rejimi əsgərlərinin qeyri-qanuni addımları və cinayətləri qınanılıb.   İsrail rejimi əsgərlərinin aksiyaya sərt müdaxilə etdiyi və güllələr ilə avtomatlardan atəş açdığı diqqətə çatdırılıb.  

Qeyd olunub ki, nəticədə 3 suriyalı yaralanaraq, xəstəxanaya aparılıb.   Yaralananlardan birinin vəziyyətinin ağır olduğu diqqətə çatdırılır.

Mənbə: https://eastnews.org/news/55078

Bu xəbəri paylaşın: