Dəyərli dostlar , daha bir qəhrəman qazimizlə tanış olun!
Yaxşısı budur qəhrəmanımızın mənə yazdığı ürək sözlərin oxuyun: «Salam aleyküm, Vaqif müəllim! Mən Əhmədov Vüqar Təhməz oğlu. Montyor Təhməzin oğluyam! Çox şükür ki, döyüşərək evimizə qayıtmaq qismət oldu, mənə. Uşaqlıqdan Sizin kimi oğullara baxıb arzulayırdım ki, tez böyüyüb hərbi forma geyib düşmənlə döyüşə atılıb torpaqlarımızı azad edənlərin önündə olum! Şükür ALLAHA ki , arzuma çatdım. Cəbrayılın da azad edilməsində iştirak etdim. Biz Sizlərin yolunu davam etdirdik. ALLAH şəhidlərimizə rəhmət etsin , yaralı qazilərimizə şəfa versin!
Sizin kimi ağsaqqalları başımızdan əksik etməsin!»

Vaqif Əlisoy, Müharibə veteranı, AVMVİB üzvü