Akardan “qiyamçı admiral”lara cavab: “Əsas hədəfləri…

Türkiyə müdafiə naziri Hulusi Akar hərbi çevirilişə çağırış edən keçmiş admiralların bəyanatına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o admiralların bəyanatını milli təhlükəsizliyə təhdid adlandırıb.

“Türkiyə Silahlı Qüvvələrinin uğurlarını görməyən, görmək istəməyənlər şəxsi maraqlarının gözlərini kor edənlərdir. Bu bəyanatın demokatiyamıza zərər verməkdən, silahlı qüvvələrin şəxsi heyətinin əhvalını korlamaqdan və düşmənlərimizi sevindirməkdən başqa heç nəyə yaramadaığı dəqiqdir”. – Akar deyib.

Qeyd edək ki, dünən 104 keçmiş admiral Türkiyə milli təhlükəsizliyi və maraqlarını hədəfə alan bəyanat yayıb. Bəyanatda qiyamağa çağırış edilib. Türkiyə Baş Prokurorluğu bəyanatın yayılmasından sonra cinayət işi açıb, bəyanata imza atan şəxslərin bir çoxu saxlanılıb.

Bu xəbəri paylaşın: