Möcüzəvi alma sirkəsi — ürəyi sağlam edir, arıqladır, gözəlləşdirir…

Təbii alma sirkəsi çox qiymətli müalicəvi məhsuldur. Hələ dahi Hippokrat xəstələri alma sirkəsi ilə müalicə edirdi.

Fedai.az Saglamolun.az-a istinadən alma sirkəsinin faydalı xüsusiyyətlərini təqdim edir.

— Alma sirkəsinin çox güclü mikrobəleyhinə xüsusiyyətləri var.

— Bağırsaqlara antiseptik təsir edir, disbakterioz zamanı faydalıdır.

— Damarların sağlamlığını qoruyur, varikoz zamanı kömək edir.

— Qanı duruldur, damarlarda trombların əmələ gəlməsi riskini azaldır.

— Ürəyin fəaliyyətini yaxşılaşdırır, təzyiqi normaya salır.

— Qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir.

— Qanda xolesterinin səviyyəsini aşağı salır və bununla da aterosklerozun riskini azaldır.

— Bağırsaqlarda qurdları öldürür.

— Arıqlamağa kömək edir.

— Sinir sisteminə müsbət təsir edir.

— Orqanizmi toksin və digər ziyanlı maddələrdən təmizləyir.

— Piylərin parçalanmasını sürətləndirərək arıqlamağa kömək edir.

— Kosmetologiyada istifadə olunur — kəpəyi müalicə edir, saçları möhkəmləndirir, tökülməsini azaldır, dərini sızanaqlardan təmizləyir.

Alma sirkəsini çoxlu miqdarda qəbul etmək olmaz. Müxtəlif profilaktik, müalicə məqsədləri ilə və həmçinin arıqlamaq üçün 1 stəkan suya 1 x.q. təbii alma sirkəsi əlavə olunur və səhər yeməkdən 30 dəqiqə əvvəl içilir.

Bəzi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı alma sirkəsinin qəbulu siyanlı ola bilər. Bu səbəbdən istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin.

Bu xəbəri paylaşın: