Ermənilərin yeni təxribatı özlərinə qarşı çevrildi — Foto

Sosial şəbəkələrdə guya azərbaycanlı uşaqları əks etdirən foto yayılıb. Qeyd olunur ki, foto 1980-ci illərdə, uşaq bağçasında çəkilib. Kadr qeyri-adi görünməsə də, gözə dəyən bir detal var.

Axar.az xəbər verir ki, sözügedən fotoda əllərində avtomat saxlayan oğlanlar təsvir edilib. Silah oyuncaq olsa da, yaratdığı assosiasiya ürəkaçan deyil.

Sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilən kadrdan ermənilər öz məntiqləri ilə dərhal istifadə etməyə başlayıblar:

“Azərbaycanlılar uşaqları qəddar döyüşçü kimi böyüdürlər, erməniləri öldürməyi öyrədirlər…”, “Heç nə dəyişməyib, onlar indi də uşaqları nifrətlə və ermənifobiya ilə tərbiyə edirlər”, — deyə Feysbukda dərc olunan paylaşımın altında çoxsaylı erməni şərhçiləri yazır.

Aydındır ki, əgər Azərbaycanla bağlı nəsə paylaşılırsa, ermənilərin “qaralaması” da mütləq olmalıdır, lakin saxtakarlıqla barışacaq halımız yoldur.

Bu şəkil öz-özünə yaranmadı, “kökləri” asanlıqla yoxlanıla bilər.

Həmin kadr dünyanın ən böyük şəkil banklarından biri olan Getty Images foto agentliyinin bazasına daxil edilib, yanında da müvafiq təsviri var.

Artsvaşendəki uşaq bağçası, Azərbaycanın inzibati ərazisində yerləşən erməni kəndi, 29 yanvar 1990-cı il”, — məlumatda bildirilir.

Yəni fotodakı uşaqlar vətənimizdə sığınacaq tapan ermənilərdir.

Fakt göz qabağındadır və həmin “kozır” sosial şəbəkələrin erməni seqmentinin əlindən açıq şəkildə digər tərəfə keçib. Əslində, bu hal, yeni evlənənlərin avtomatlarla poz verdiyi cəmiyyət üçün adidir, lakin uşaqlardan fərqli olaraq, onların əlində oyuncaq deyildi…

Bu xəbəri paylaşın: