Görəsən bizimkilər «Qarabağ»ı neçəyə satacaqlar?!

«Qarabağ» siqareti satışa çıxarılır.

Buna baxıb yadıma bir əhvalat düşdü.

II Dünya müharibəsindən sonra ruslar yeni buraxdıqları «Pobeda» («Qələbə») maşınını nümayiş etdirəndə Stalin maşının adını soruşub. .

Cavabında deyiblər ki, maşın «Rodina» («Vətən») adlanır.

Stalin bir də sual verib: «Vətəni neçəyə satırsınız?».

Maşın istehsalçıları donub qalırlar. Elə ordaca maşının adını dəyişib «Pobeda» qoyurlar.

P.S. Görəsən bizimkilər «Qarabağ»ı neçəyə satmağı düşünürlər?

Leyla Həsənova

Bu xəbəri paylaşın: