AVMVİB MƏTBUAT XİDMƏTİ RƏSMƏN XƏBƏRDARLIQ EDİR…

Mark facebookda mənə xatırlatdı və mən də sizlərə xatırlatmağı özümə borc bildim. 5 il öncə 7 aprel 2016-cı ildə paylaşdığım yazı günümüzlə səsləşdiyi üçün yenidən yayınlamaq qərarına gəldik.

Ali Baş Komandanın rəhbərliyi altında aparılmış uğurlu hərbi əməliyyat Ermənistanın və onun havadarları olan bir çox dövlətlərin siyasi riyakarlığını üzə çıxartdı.

Azad etdiyimiz hərbi-strateji yüksəkliklər çoxlarının anlaya bilməyəcəyi dərəcədə qiymətlidir. Bağlanmış Atəşkəs Sazişi isə ötən dəfə bağlanan sazişdən fərqli olaraq siyasi cəhətdən qondarma «DQR» separatçı rejimi danışıqlardan uzaqlaşdırıldı. Bu isə Azərbaycanın ərazi bütövlüyünün Rusiya və Ermənistan tərəfindən bir daha tanınması deməkdir.

Azad edilmiş ərazilərin strateji əhəmiyyətinə rəğmən itkilərimizin az olması düşməni şoka salıb. Cəbhədə qorxaqcasına qaçışını virtual üsulla sığortaya almaq məqsədiylə, düşmən, təxribat xarakterli dezinformasiyalar yaymağa çalışır. Xalqımızın sadəqəlbliliyini bilən düşmən yenə Birinci savaş zamanı işlətdiyi təxribat mexanizmini bəzi satqınların köməyi ilə işə salmağa çalışırlar.

Unutmayın ki, onlar bütün səhifələrdə saxta profillərlə və patriot adlarla etnik qarşıdurma, Orduya inamsızlıq, qorxu dolu şaiyələr və s. yaymağa çalışırlar. Onlara bilərəkdən və bilməyərəkdən alət olanlar düşmən cəbhəsinə satılmışlardı. Səbrlə informasiyaları araşdırın. Artıq onlar İnternet saytlarında, ictimai yerlərdə öz təbliğatlarına başlamışlar. Arxa cəbhədə bu təxribata qarşı durmaq, öndə savaşan ordumuza ən böyük köməyimizdir.

Bunu untmayın. Bizim yanlışımızın bədəlini öndəki övladlarımız ödəyə bilər. Ordumuzun qüdrətinə xələl gətirən məlumatlar yayanlar, cəbhədəki mövqelərimiz və itkilər barədə yalan, şişirdilmiş məlumatlar yayanlar və s. bilin ki, məqsədli xain adamlardı. Aidiyyatlı orqanlara məlumat verməyi unutmayın.

Hazırda Rusiyada elektron nəşr və 24 saatlıq xəbərlər televiziyası «Life News» Qarabağdan dezinformativ informasiyalar yaymaqla Rusiyanı aldada bilir. Bizim seyrçilərdən də bu televiziyanın tələsinə düşənlər var. Bu qurumun təsisçisi «Media Kontent»OOO-dur. Onun sahibi isə «Surquteks» nefttreyderi erməni Aram Qabrielyandır.

Sizə qabrelyanların yalanlarına inanmaqmı sərf edir, yoxsa Milli Ordumuzun qüdrətiylə qürurlanmaqmı?

…Bu xəbərdarlığı paylaşın və düşmən hiylələrindən ehtiyyatlı olun…

P.S. «Var Gonzo» adlı bir iti ortaya atıb bu dəfəki döyüşçlərdə də Qabrelyanov eyni işi görməkdəydi…

XAQANİ

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •