ÜÇ AĞAC ARASINDA YOL AZMIŞIN ŞƏBİHİ

Son dövrlər «Tərtər işi» adlanan olaylar ətrafında müzakirələr qızışıb. Kimlərsə bu ittihamları «saxta», kimlərsə bu dəhşətləri həqiqət kimi qəbul etməkdədir. Əlbəttə bu sahədə günahsız hərbçilərin olması faktları öz təsdiqini tapıb və Azərbaycan Respublikası Hərbi Prokrorluğu, hətta ölümündən sonra olsa da günahı olmayanlara bu barədə yazılı məlumatlar göndərib. Lakin bəraət almış şəxslərlə bağlı növbəti işlər görülməyib. Haqlı olduğunu sübut etmiş hərbçilər, nəinki öz hərbi vəzifələrinə qaytarılmayıb, heç onların sonrakı taleyi ilə maraqlanılmayıb. Konkret olaraq bu insanlara zərər vuran qurum və hərbi mükəllifiyyətli şəxslər bəllidir.


Bu gün zərərçəkmişlərin və ittihamlarla barışmayanların istəklərini manipulyasiya etməyə cəhd edən Qurban Məmmədov ilk cümlədən saxtakar olmasını, qeyri-səmimi şəkildə hər kəsin xəbərdar olduğu «Tərtər işindən» güya xəbərsiz olmasını deməklə öz maskasını yırtmış oldu. Kimlərinsə qazanında bişən «dolmaların sayından dəm vuran», Əli Həsənovun Türkiyəyə gəlişindən xəbər tutan, Ramiz Mehdiyevin müraciəti üçün tələsik efir hazırlayan Qurban Məmmədov bu gün bu işlərdən xəbərsiz olduğunu bəyan edir və xalqı susmaqda, yaxud da bu olaylardan xəbərsizlikdə az qala dar ağacı ilə hədələyir. 4 il ərzində bu miqyasda bir cinayət dosyesindən xəbərsiz olduğunu bəyan edən bu adamın elə vəkilliyi də jurnalistliyi kimi alayarımçıqdır. Özünü araşdırmaçı kimi reklama verən bu adamın araşdırıdığı subyektin ikinci tərəfindən xəbəri və əks arqumenti yoxdur. Əks arqument səsləndirən hər kəsi hay-boş qaraçısı kimi şərləyir, öz arşınına uyğun bir şəkildə böhtan yağdırır. Xüsusən də son günlər müharibə iştirakçısı olan İlham İsmayıl, Rey Kərimoğlu, İqbal Ağazadəyə qarşı, öncə əxlaqa, daha sonra heç əxlaqsızlığa sığmayan bir şəkildə təhqir etməsi 80 minlik yeni və köhnə veteran ordusunu hiddətləndirdi. Xüsusən də rəsmən şəhidlik statusu almış Babək Səmidli, şəhid Milli Qəhrəman Şükür Həmidov haqqında təhqirlərə yol verməsi, bu şəxsin öz şəxsi ambisiyasına görə müqəddəs olan hər şeyi ayağı altına almasının bir nümunəsidir. Bu adamın dindarlığı da bir kafirlikdir, münafiqlikdir. Keşiş Dəməşqinin Müaviyə yanında İmam Hüseyn (ə) haqqında fətva verməsi kimi bir şeydir. İlahi ədalətdən dəm vurub qeyrilərinə qarşı ədalətsizlik etmək elə Qurban olmanın bir xislətidir. Qarşı tərəfə nəinki söz demək hüququ, heç müdafiə olunmaq hüququ tanımayan Q. Məmmədov elə o günahsız Azərbaycan insanına qanunsuz cəza verən «ÇT»-nin rəsmən davamıdır.


Övladları öldürülmüş, həyat yoldaşları işgəncələrə məruz qalmış bacılarımızı, qüruru ilə oynanılmış hərbçilərimizin qisas hissi ilə oynamaqla bu adam auditoriya yığmağa çalışır. Ədalət axtarmaqda olan bu haqlı insanlar bilməlidirlər ki, yanlış qapını döyməkdədirlər. Sonunu bu zərərçəkənlərə bəri başdan deyirik. Sizlər müəyyən bir məqama qədər Q. Məmmədova gərəksiniz. Bəlkə də hər buraxılış sonrası Neron kimi «yandırdığı Romaya baxıb, yeni sarayının tikiləcəyi» yeri müəyyənləşdirməyə çalışır.


Övladları dövlətə xəyanətə görə məhkəmələr tərəfindən məhkum olunmuş şəxslərin yaxınları bir mənalı şəkildə sabiq Qərargah rəisi general polkovnik N. Sadıqovun, Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Ramil Əsgərovun, korpus komandiri Hikmət Həsənovun, SAT xüsusi təyinatlılarının və Hərbi Prokuror general leytenant Xanlar Vəliyevin adlarını çəkirlər. İlkin olaraq bu faktlarla bağlı əks arqument deyən hər kəsi, «əldə qayırma araşdırmaçı», «yekələndə» jurnalist olmağı düşünən Qurban Məmmədov yönəldici və təhrikçi ifadələrlə təhqirlərə məruz qoyur. Xüsusən də partiya sədri İqbal Ağazadəyə qarşı işlətdiyi ibarələrin tək adı əxlaqsızlıqdır. «Ailəsinə haqq yığdığı televiziyasında» (nəzir qutusu da demək olar-red.) haqqında hökm olanları belə günahsız elan edərək, bu Dövlətin verdiyi qərarı tanımayan bir adam, eyni anda qərarını tanımadığı elə bu Dövlətdən ədalət istəyir. Bax budur, Qurban olmağın xisləti. H. Həsənovun və X. Vəliyevin adını çəkdiyinə görə partiya sədrini ittiham edir. Ölkənin Hərbi Prokurorunu, əlində heç bir dəlil sübut olmadan ədalətdən dəm vuran adam rüşvətxor elan edir. İqbal Ağazadəni kimlərdən nəsə almaqda suçlayır. Bütün bunların konteksində isə zərərçəkmişlərə qarşı işgəncə verənləri lənətləyir. Bu yaşda olan bir adam anlamır ki, hərbçilərimizə qanunsuz işgəncə verənlərlə onun bu əməlləri eyni çəkidədir. Nə etsin ki, bu adamın mayası belə tutulub. Almaq, heç olmasa «ailə haqqını ödətmək» bu şəxsin devizidir.

(Video əlavə olunur:https://youtu.be/wN-EptGiE2I).


Amma jurnalistlik etmək istədiyinə görə dürüst və tərəfsiz olmağa borclu olduğunu unudur. Bu jurnalistikanın qızıl qaydasıdır. Tərəflərdən biri sizin şəxsi düşməniniz ola bilər, amma bu mövqenizə təsir edirsə, o efiri bağlayıb gedin nəvələrinizlə oynayın. O insanlarımızın da hissləri ilə oynamayın. Onsuz da onların hissiylə oynayıblar.

Bildirək ki, bu olaylarda 100-dən çox hərbçiyə ağır işgəncələr tətbiq etmiş və 9 nəfərin ölümünə səbəb olan, SAT adlı xüsusi təyinatlı dəstədən bir nəfər də olsa həbs edilməyib. Amma siyahı üzrə əməliyyat həyata keçirərək, xəyanətdə şübhəli bilinənlərin saxlanmasını təmin edən N saylı hərbi hissələrdə xidmət aparan 11 nəfər hərbi qulluqçu isə işgəncələr vermək, qəsdən sağlamlığa ağır xəsarət yetirməklə ölümə səbəb olma ittihamları ilə həbs olunub və onlar hal-hazırda həbsdədirlər. Onlar da iddia edirlər ki, heç kimi öldürməyiblər, sadəcə onların işi təqdim olunan siyahı (!-axtarın bu siyahını kim tutub?-red) üzrə ehtimal olunan xain şəbəkə üzvlərinin tapılaraq istintaqa təhvil verilməkdən ibarət olub. Yaxud da özünü xalqa «hərşeyşünas» kimi sırayan zorən siyasətçi xalqdan iki nüansı gizləməyə çalışır: Bu işin əsil günahkarlarının üzə çıxarılmasını və bu işi təşkil etməklə əsil günahkarları gizləyənləri. Amma zorən araşdırmaçı nədən bu qənaəti görə bilməyib ki, SAT hərbi Dəniz Qüvvələrinə aid ola-ola, tam fərqli bir qoşun növü olan, Bərdə korpusuna kimin əmriylə göndərilə bilərdi? Yaxud bu günahsız hərbçilərin, hətta mülki şəxslərin siyahısını kimlər hazırlayıb? Oxu və cavabı ortaya qoy, xalqın hissiyatıyla oynama. Qalib Ordunun etibarını zədələmək üçün kimsəylə sövdələşmədən imtina edin. Bu olayların, həm o vaxt, həm də indi Orduya qarşı bir tələ kimi qurulması ortadadır. Bunu görməmək üçün kor olmaq lazımdır. O vaxtlar günahsız insanlarımıza cəza verənlərin, indi də bu taktikanı seçdikləri görünməkdədir. Eyni üslub, eyni simalar…


Bu rəsmi məlumatdır və hadisənin qeyri — rəsmi tərəfi bu gün də öz cavabını tapmayıb. Araşdırmaçı kimi bunları tapmaq əvəzinə, məhkəmə hökmü olmadan H. Həsənova cinayətkar, İ. Ağazadəyə, İ. İsmayıla nəyinsə müqabilində kimlərinsə xeyrinə danışmaq, X. Vəliyevə rüşvətxor kimi damğalar vurur. Bu səlahiyyəti hansı qurum sizə verib, Fredom bəy? Hər danışılan söz sənəd deyil ki, onu işə tikəsən. Tanıdığımız minlərlə adam da deyir ki, Qurban Məmmədov o qədər mənfəətpərəstdir ki, o, hətta tualetə də hesabla gedər. Amma əlimizdə bu deyilənləri fakt edə bilmərik və bu fikirlə də şərik deyilik. Bunu sadəcə deyirlər…

Müharibə veteranları olaraq, biz şəxsən Xanlar Vəliyevi tam müdafiə etməyə hazırıq. Yazdıq ki, biləsiniz. Bilirsinizmi, niyə? O hərbçilərə bu münasibəti göstərənlər bu ordunun şinelindən çıxmış müharibə veteranlarını orduya yaxın buraxmırdılar. Amma rəsmi müraciət etdik və bu gün az qala xalq düşməni elan etdiyiniz X. Vəliyev birlik rəhbərliyini qəbul etdi. Hər il hərbi hissələrdə «Nəsillərin görüşü» deviziylə ən azı 20-25 görüş keçirdik. Onlarla hərbi xidmətdə fərqlənən əsgər və zabitimzi mükafatlandırdıq. Bu işlərin görülməsində sonadək yanımızda oldu, Xanlar Vəliyev və bunu şəxsi mənafemiz üçün deyil, Ordumuzun mənafeyi üçün edirdik.

Hərbçilərimiz arasında bu gün hər kəsi qürurlandıran o ruhu aşılamağa çalışdıq. Bircə faktı xatırladaq ki, sizlər Avropada bu Dövlətə və onun rəhbərinə nifrinlər yağdırarkən, bizlər təqaüdədək borclu qalsaq belə, təkcə 2019-cu ildə məktəblərdə 836 hərbi — vətənpərvərlik tədbiri keçirmişdik. Biz deməsək də Xanlar Vəliyev bizimlə birgə idi. Hər kəsi Ali Baş Komandanın ətrafında Qarabağı azad etməyə səsləyirdik. Hər döyüşdən qalib çıxan əsgərimiz sizin kimiləri deyil, köhnə Qaziləri yad edən video salamlar göndərirdilər. Sizlərsə kirvələrinizin qucağında oturub ərköyün uşaqlar kimi Azərbaycanın beynəlxalq imicini bazarlayırdınız.


Xanlar Vəliyevin rəhbərliyi altında onlarla hərbçinin günahsızlığı ortaya çıxarılıb. 11 nəfər işgəncə faktında adı keçən şəxs həbs olunub. Bəlkə bunları da öz adınıza çıxasınız? Müraciət edən bütün şəxslər dinlənilib. Rəsmi məhkəmə qərarları var. Üstəlik, özünü peşəkar vəkil elan etmiş Q. Məmmədov, heç olmasa, «Prokurorluq haqqında» AR Qanununun 12- ci maddəsini oxu: «Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tutulmuş və həbs edilmiş hərbi qulluqçuların saxlanıldığı yerlərdə, intizam hissələrində, eləcə də cəzaların hərbi hissələrdə icra edilməsi zamanı qanunlara və hərbi nizamnamələrə əməl olunmasına nəzarət edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində keçirilən idarədaxili yoxlamaların materiallarını tələb edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əmlakın talanması, hərbi xidmət əleyhinə, habelə hərbi qulluqçular tərəfindən törədilən və ya hazırlanan digər cinayətlər barədə ərizə, şikayət, müraciət, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin məlumatları və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar əsasında Azərbaycan Respublikası Hərbi prokurorunun qərarı ilə yoxlamanın aparılmasını, bu məqsədlə mütəxəssislərin ayrılmasını, habelə araşdırılan faktların cinayət işinin başlanmasına kifayət qədər əsas verib-verməməsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsini təmin edir».


Yəni Hərbi Prokurorluq üzərinə düşən bu vəzifələri layiqincə yerinə yetirib. Bu şahidlərin dediyindən də aydın görünür. Doğrudanmı, özünə hüquqşünas deyənlər prokurorluğun işgəncə vermək imkanlarının olmadığını bilmirlər?

Bu gün fəxarət doğuran əməl kimi fərariliyin arxivə verilməsi, rus mirası olan «dedovşinanı» ordumuza yaxın buraxmayan az saylı Hərbi Prokurorluq əməkdaşlarının daim hədəfdə olması təsadüf deyil. Bu gün Qurban Məmmədovun apardığı bu müzakirələrdə günbəgün bir xətt daha çox qabarıq olaraq ortaya çıxmaqdadır. Bu isanların günahsız olmasını, günahkarların olmaması kimi təqdim etməyə çalışırlar. Əslində cinayəti bilib xəbər verməmək baxımından zərərçəkənlər, özünü reklam baxımından isə müzakirələrə spikerlik edən Q. Məmmədov və onun «əməliyyat şəriki» İlham Aslanoğlu bilərəkdən bu faktların üstündən o tərəf, bu tərəfə keçməkdədirlər. Çox minlik veteranlar ordusu adından müraciət edirik ki, bu günahsız insanların şikayətləri ilə bağlı bir komissiya yaradılması qaçılmazdır. Bunu öncə də müraciət edərək xahiş etmişik.


Unudulmamalıdır ki, müxtəlif vaxtlarda və müxtəlif istiqamətlərdə anoloji cinayətlər baş verib. Bu cinayət nəticəsində öldürülən şəhidlərin anaları ana deyillərmi? Bu cinayətlərin tam açılmasını bəlkə də hamıdan çox elə o günahsız yerə cəzaya düçar edilmiş hərbçilərimiz istəyir. Çünki onların böyük əksəriyyəti döyüşçülərdir. Öz canlarını bu Vətən uğrunda ortaya qoymuş insanlardır. Məkrli və varlıqları ilə bu Vətənə zərər vuranların sırasında olmaları mümkünsüzdür.

Prosesləriin içərisində olmuş hərbçilərimiz bu faktları yaxşı bilirlər. 21 yaşlı şəhidimiz Arzuman Qasımovun kim olduğunu niyə araşdırmır, sizcə bu qoçaqlar? Şəhid Arzuman Qasımov 23.11.2016-cı ildə qətlə yetirilib.

Şəhid Arzuman Qasımov


Yaxud da daha öncə analoji cinayətlər nəticəsində cinayətkarların 7 iyun 2011-ci ildə şəhid etdiyi taqım komandiri, leytenant Tağıyev və onun müavini gizir Əmrahovu necə qətlə yetirildiyini niyə araşdırmırsınız?

Araşdırmağa həvəsin varsa, Qurban bəy, bu prosesə qapı buradan açılır. Gir və həqiqətləri kişi kimi araşdır. Bir də unutmayın ki, hər kəs öz yalanını öz kasad təxəyyülünə uyğun bir şəkildə uydurur. Neçə ki, hər şeyi bir rəngdə görməyə çalışacaqsınız, 3 ağac arasında yol azmış zavallı kimi vurnuxacaqsınız…


Araşdırmalarımız davam edir…


Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: