
Qurban Vahidov
Analitik-araşdırmaçı
Yəqin ki, Sizlərdə Kremlin ruporlarından biri Pozner və onun verilişində Robert Köçəryan ilə müsahibəsinə baxmısınız.
Tezliklə Ermənistanda yeni seçkilər olacaq, Paşinyan hakimiyyətdə qalmaq üçün hər vasitə ilə çalışacaq, Köçəryanın xarakterini nəzərə alsaq, Ermənistana nəzarəti yenidən əldə etmək üçün bütün vasitələrə baş vuracaqdır.
Nikol Paşinyan, Rusiyadan gələn əmrlər əsasında hərəkət etsə də, bunu zamanın çətinliyində (çeytnot) edir, başqa çarəsi yoxdur. Köçəryan bunu dəqiq şəkildə fərq etdi. O da Moskvanı məmnun etmək üçün hərəkət edəcək və bu səbəbdən Putinə sadiqliyini hər şəkildə vurğulamağa çalışacaq. “Parçala və hökm et”, Poznerə müsahibə məhz bu kontekstdən baxılmalıdır.
Çox təəssüf ki, erməni xalqı gələcək liderini bu iki hərbi cinayətkar arasından seçim etməli olacaq. Paşinyan tam bacarıqsızlığını sübut etdi, Köçəryan Ermənistanı Rusiyanın bir əyalətinə çevirəcək, əsas odur ki, oğurladğı sərvəti qoruyub saxlayacaq. Saxta Prezident seçkilərindən sonra xalqa atəş açmaq əmri verdiyi və milyonlarla sərvəti oğurladğı üçün Köçəryan Ermənistanda qəbul edilmir. Ümumiyyətlə, bu gün erməni cəmiyyəti iki hissəyə parçalanıb, ermənistanlı və qarabağlı. Hətta iş o yerə çatıb ki, yerli erməni əhalisi qarabağ ermənilərini “eşşək qarabağlı” adlandırırlar.
Görünür ki, Paşinyan təkcə Dağlıq Qarabağdan deyil, Rusiyanın dostluğundan da gələcəkdə qurtulmağa çalışacaq. Hələ ona Rusiyanın dəstəyi lazım olduğu üçün Kreml ilə manevrlər etməyə cəhd edəcək.
Paşinyan hakimiyyətdə qalarsa, Türkiyə ilə sərhədləri açmaq və Rusiya hərbi bazasından tamamilə imtina etmək ehtimalı olacaq. Perspektivdə isə Ermənistanın NATO-ya üzv olmaq istəyini də nəzərdən qaçırmaq olmaz.
Qayıdaq Poznerin verdiyi və vermədiyi suallara.
Pozner Dağlıq Qarabağın niyə Ermənistan tərəfindən tanınmadığını, İki prezident, iki parlament və yüzlərlə fərqli işlər naziri olan bu ikiüzlülüyə niyə ehtiyacınız oldu soruşdu.
— Siyasi olaraq səhv olardı, — deyə Köçəryan cavab verdi. Bax burada tutarlar adamın (əgər adam demək mümkündürsə) yaxasından və soruşarlar: “Ə qurumsaq oğlu qurumsaq, o zaman bu Miatsum hərəkatını nədən başladınız, əgər siyasi baxımından səhv idisə? Milyonlarla insanları yurdundan-yuvasından niyə qovdunuz? Minlərlə gəncləri həyatlarından niyə məhrum etdiniz? Niyə soyqırım törətdiniz?. Bunlar sən və sənin kimi şərəfsizlərin sərvət toplaması üçünmü oldu?
Sonra Pozner coruşur.
— Söylə mənə, niyə Moskvadasan?
— AFK Sistemanın (АФК Система) İdarə Heyətinin iclasına gəldim.
Pozner bu AFK Sistemanın nə olduğunu soruşmadı, amma bu nə olduğunu bilir. AFK Sistema, bir Rus investisiya şirkətidir.
Kapital — 65,7 milyard rubl (2019)
Dövriyyə — 7 657 milyard (2019)
Əməliyyat mənfəəti — 86,4 milyard rubl (2019)
Xalis gəlir — 28,6 milyard rubl (2019)
Aktivlər — 1,26 trilyon (2019)
İşçilərin sayı — 70,000
Bu qədər sərvəti Qarabağ Vilayəti Komsomol təşkiatı sədri işləyəndə qazana bilməzdi, təbii ki, bu pulları Ermənistan Prezidenti olarkən öz xalqından oğurlamışdır.
Pozner soruşmadı ki, niyə investisiyanı “doğma” Dağlıq Qarabağ iqtisadiyyatına deyil, Rusiya iqtisadiyyatına yatırırsınız. Sualın ağır olduğunu anlayır və tez həmsöhbətinin köməyinə yetişir:
— Müharibənin qaçılmaz olduğunu düşünərək yəqin etmədiniz bu investisiyanı?
— Bəli, bütün mütəxəssislər bunu söyləyirdilər, deyə Köçəryan cavab verdi.
Azərbaycan müharibədən hər gün danışırdı, ona görə də mütəxəssislərin səhv etməsi çətin idi. 2016-cı ildə bizə Azərbaycan PUA-lar ilə savaşacağını göstərdi, lakin Ermənistanda analoji silahları almağı təklif edən düşünən bir mütəxəssis belə olmadı. Paşinyan, dünyanın aparıcı ölkələrinin təyyarələri pilotsuz uçan apparatlarla əvəz etməsinə baxmayaraq, Rusiyadan 120 milyon dollara təyyarə aldı. Təyyarələrin də sursatsız olduğu ortaya çıxdı – bunu əsaslandırmaq olmur…
— Niyə də almadınız? – deyə Pozner soruşmadı,
— Rusiya icazə vermədi — Köçəryan cavab (ayrı cavabı da ola bilməzdi koloniyanın) vermədi.
Köçəryan hakimiyyətdə olan dövrünü hər cür tərifləyir, lakin Ermənistandakı hakimiyyəti Serj Sarkisyana təhvil verən kimi dərhal ABŞ-a getdi.
— Niyə Amerikada yaşamağa getdiniz və Dağlıq Qarabağa qayıtmadınız? — Pozner yenə soruşmadı.
Görəsən, Amerika, Rusiya niyə bunlara bu qədər əzizdir?