Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsi rəhbərliyi təşkilatımızın yaxın dostu, daim xeyriyyəçilik fəaliyyəti ilə seçilən fəxri üzvümüz, vətənpərvər iş adamı Taleh Əfrasiyab oğlu Rəhimov da göstərdiyi xidmətlərinə görə, Fəxri Fərmanlarla və «AVMVİB 25 il» Xatirə medalı ilə təltif edib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsi sədrinin I müavini Zəkəriyya Rəhimov məlumat verib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsinin sədri Teymuraz Mansurov xeyriyyəçi iş adamı, AVMVİB-nin fəxri üzvü Tale Rəhimovun veteranlarla bağlı gördüyü xeyirxah işlərdən danışdı. Hər il imkansız veteran ailələrinə etdiyi bayram sovqatlarını, xüsusən Vətən müharibəsi günərdə «Orduya dəstək» kompaniyası çərçivəsində ordumuza etdiyi yardımlardan və daim veteranlarımızın problemləri ilə maraqlanmasından danışdı. Onu təltif münasibətiylə təbrik etdi və veteranların heç kimi unutmadığını qeyd etdi.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Sumqayıt şəhər şöbəsi sədrinin I müavini Zəkəriyya Rəhimov da Taleh Rəhimovu təbrik edərək vətənpərvər iş adamı haqqında xoş sözlər söylədi. Bildirdi ki, T. Rəhimov bu cür xeyirxah işləri öz qəlbinin hökmüylə edən nadir iş adamlarındandır. Bu cür insanlarımızı qiymətləndirməyi bacarmalıyıq. Ona görə də şöbə veteranları adından bu gün buradayıq. Həm şöbə, həm də AVMVİB adından fəxri fərmanlar və Xatirə medalı ilə T. Rəhimovu təltif edirik.
Öz növbəsində iş adamı Taleh Rəhimov ona göstərilən yüksək diqqətə görə AVMVB-nin sədri Füzuli Rzaquliyevə və şöbə rəhbərliyinə öz dərin minnətdarlığını bildirib.
Təbrik edirik!
Nurlan Məmmədli
