Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin əməkdaşı Lilit Gozalyan Azərbaycan Milli Məclisinin deputatı Tural Gəncəliyevi hədələyir.
Bu barədə T.Gəncəliyev özünün “Facebook” hesabında bildirib.
Deputat qeyd edib ki, Lilit Gozalyan onu həbsxanada başını kəsməklə hədələyir.
“Ermənistanın uzun illərdir yaratdığı Azərbaycanafobiya və etnik nifrətin bariz nümunəsi olan davranışa görə həmin şəxsin tutduğu vəzifəsindən ən qısa müddətdə kənarlaşdırılması labüddür”, — deyə T. Gəncəliyev əlavə edib.
Xatırladaq ki, bu Lilit, Adəmin ilk arvadı — Cənnətdən qaçan, Həvvanı yoldan çıxaran Lilit deyil. Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin əməkdaşı Lilitdir. Adəmin Lilitindən də betər birisidir.
