Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağdaş rayon şöbəsi rəhbərliyi bu gün örnək ola biləcək bir tədbir kecirmişdir.
Bölgə veteranları adından AVMVİB Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev, Azərbaycan Ordusunun zabitı, ehtiyyatda olan kapitan, müharibə veteranı və birliyin fəal üzvü 44 günlük Vətən Müharibəsi zamanı öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirən Haciyev Azər Muxdər oğlunun anası Əfəndiyeva Rəfiqə Sədrəddin qızına 84-cü doğum günü münasibəti ilə Fəxri fərmanla təltif etmişdir.
Bu bir ilkdir və Qarabağın azad edilməsi bu analarımızın hesabına əldə edilib.

Doğrudan da Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağdaş rayon şöbəsinin bu addımını təqdir edirik və AVMVİB Rəhbərliyi də təbriklərə qoşulur.
Bütün gözəlliklər anaların olsun!
Təbrik edirik!
Elnur Səlim