2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərdə İlham Əliyev növbəti dəfə xalqın böyük dəstəyi ilə parlaq qələbə qazanmasından 3 il keçir.
İlham Əliyev Ali Baş Komandan kimi daim düşməni məğlubiyyətə uğratmış bir əsil liderdir. Müharibə veteranları öz Komandanlarını daim bu cür xarakterizə edib.
Bu sözləri Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev deyib.

Dövlətimizin başçısı 18 aprel 2018-ci il tarixində Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində qətiyyətlə bildirdi ki, Azərbaycanın daha da gücləndirilməsi istiqamətində fəaliyyətini gələcəkdə də davam etdirəcək. Bu dövrdən etibarən ölkəmizdə islahatların yeni, dinamik mərhələsi başladı və bu islahatlar hər bir sahəni əhatə edir. İslahatların müsbət nəticələrini cəmiyyətimiz aydın şəkildə şahidi olmaqdadır.
Ən başlıcası isə İ. Əliyevin ilk gündən Qarabağ problemini Azərbaycanın qırmızı xəttinə çevirdi. Nəticə göz qabağındadı. 30 illik işğala 44 günə işğala son qoydu. Xalqımızın əzilmiş qürurunun bərpa edilməsi, düşmən işğalına son qoyulması və dünyanı heyrətə salan Böyük Zəfərin qazanılmasının memarı olduğunu, məhz bu 3 ildə sübut etdi. Vaxtilə Ordumuzun modernləşdirilməsinə, yeni nəsil silahların alınmasına başlayanda bir şoxları İ. Əliyevi öz dayaz ağılları ilə tənqid edirdilər. Amma qalibiyyətin miqyasını gördükdə onlar da prezidentin uzaqgörənliyini etiraf etməli oldular.

Füzuli Rzaquliyev bildirdi ki, çox minlik müharibə veteranları ordusu belə bir Ali Baş Komandanımız olmasıyla fəxr edirik. Qəhrəman Azərbaycan Ordusunu öz qətiyyətiylə Zəfərlərə çatdıran Lidermizin əmrindəyik və bundan sonra da tam qələbənin təmin edilməsində hər birimiz Ali Baş Komandanımızın ətrafında sıx birləşmişik.
Elnur Səlim
