Heç kim unudulmur…

44 günlük Vətən müharibəsində Ordumuza dəstək kompaniyasında öncül olan Sənan Əliyev Yıldız Dernegi Teşkilatının Azərbaycan təmsilçiliyi başqanı seçilib.

Sənan Əliyev Ordmuz döyüş əməliyyatlarına başlamazdan öncə dəstək olan gənclərimizin sırasındaydı. Ordumuz üçün vacib olan əşyaların ön cəbhəyə daşınması ilə başlanan bu dəstək 44 günlük Vətən müharibəsi günlərində də davam etdi.

Döyüşlərin ilk günündən son gününədək ordumuzun yanında oldu.Sənan Əliyev (Boz Qurd) dünya çempionudur və ölkəmizdə fəaliyyət göstərən Alp Turan döyüş klubunun qurucusudur. Onlarla gəncin Turançı kimi və fiziki cəhətdən güclü olmasında müstəsna xidmətləri var.

Öz ictimai fəaliyyətində Türk dünyası ilə, xüsusən də qardaş Türkiyə ilə əlaqələrin möhkəmləndirilməsinə çalışıb. Ən böyük arzusu Turanın reallaşdırılmasıdır.

Aldığımız məlumata görə Sənan Əliyev Yıldız Dernegi Teşkilatının Azərbaycan təmsilçiliyi başqanı seçilib. Bu münasibətlə Sənan bəyi təbrik edir və gələcək fəaliyyətində uğurlar arzu edirik!

Türkay Xaqan

Bu xəbəri paylaşın: