ABŞ Prezidenti Co Bayden, telefon danışığında rusiyalı həmkarı Vladimir Putini üçüncü bir ölkədə görüş keçirmək təklif etdi.
Fedai.az RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
«Prezident Bayden, ABŞ-ın maraqlarına uyğun olaraq Rusiya ilə sabit və proqnozlaşdırılan əlaqələr qurmağı hədəflədiyini təsdiqləyib. ABŞ və Rusiyanın qarşısında duran bütün məsələləri müzakirə etmək üçün yaxın bir ayda üçüncü bir ölkədə zirvə görüşü keçirmək təklif edib»- deyə məlumatda bildirilir.
Elnur Səlim
Bu xəbəri paylaşın: