Suraxanı Rayon İcra Hakimiyyətində görüş

Bir müddət öncə bir qrup hərb yönümlü ictimai təşkilatların nümayəndələri, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin qonağı olublar.


Qonaqlar Suraxanı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi zamanı və şəhid ailələri ilə müharibə əlilləri ilə görülən işləri yüksək qiymətləndiriblər.


Bundan əlavə olaraq onları narahat edən əsas problerdən danışaraq qazi olmuş gənclərimizi öz məqsədləri üçün alətə çevirən insanlara qarşı İctimai qınaq mexanizmi vacib məsələ olması diqqətə çatdırılıb. Bu kimi halların baş verməməsi üçün araşdırmaların nəticələrini mütləq şəkildə insanlara çatdırmaq və onları maarifləndirməkdən söz açdılar.


Müharibə iştirakçılarını diqqətlə dinləyən Suraxanı rayon İH-nin başçısı, əsası 1994-cü ildən qoyulan Azərbaycan ordusunun bu gündə Cənab Prezident Ali Baş Komandan İlham Əliyev tərəfindən inkişaf etdirərək «DƏMİR YUMRUQ» qələbəsinin nəticəsi olan düşmənin tam məğlubiyyətindən, Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasi iradəsdən və xalq birliyindən danışaraq səmimi söhbət etmişdir.


Azərbaycan Respublikası Şəhid ailələrinə qayğı İB-nin sədr Müşfiq Əliyevin qeyd etdi ki, o, Suraxanı RİH başçısı Əziz Əzizovun, Cənab Prezident İlham Əliyevin, Birinci Vitse Prezident Mehriban Əliyevanın müharibədən sonra şəhid və əlil ailələrinə göstərdiyi qayğı hər birimiz üçün nümunə olmalıdır. Bu məsələdə irəli gələn məsələlərin birgə fəaliyyət davam etdirməyi vacibliyini diqqətə çatdırdı.

Ölkə rəhbərinin dediyi kimi BİZ BİRLİKDƏ GÜCLÜYÜK.


Daha sonra xatirə şəkilləri çəkildi.


Müharibə İştirakçıları ilk öncə Cənab Prezident İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban Əliyevaya dərin minnatdarlıq bildirərək, səmimi görüşə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Bu xəbəri paylaşın: