Sabirabadlı veteranların ŞUŞA ziyarəti

Bir qrup sabirabadlı veteran doğma Şuşa şəhərini ziyarət ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov məlumat verib.


Müharibə veteranları N saylı hərbi hissədə olublar və əsgərlərimizlə görüşüblər. «Əminlər» şirkətinin göndərdiyi sovqatı əsgərlərimizə çatdırıblar.
Şəhərin görməli yerlərini gəzib xatirə şəkilləri çəkdiriblər.


AVMVİB Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov bildirdi ki, Allah bu Böyük Zəfəri bizə qismət edən şəhidlərimizə rəhmət, qazilərimizə isə cansağlığı versin.

Allah, Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla, qəhrəman ordumuzu qorusun!


Elnur Səlim

Bu xəbəri paylaşın: