Erməni saytları Xocalı qatillərindən olan hərbi cani, haqqında cinayət işi olan Vitali Balasanyan öz sərsəmləmələrini davam etdirib. Muradovun qılçasının arasında özlərinə yer edən bu separatçı ünsürlərin bu günədək cəzalanmaması qazandığımız zəfərin miqyasını kiçildir.
15 aprel 2021, 12:11 — NovostiNK. “Əlbətdə ki, bu gün kədər içindəyik, məğlub olduq. Ancaq ilk növbədə sözlərim üçün məni bağışlayın — ölənlərdən başqa hər şeyi qaytaracağıq. Yüzdə yüz əmin olun”-deyə «Artsax respublikası» Təhlükəsizlik Şurasının katibi, Artsax Qəhrəmanı Vitali Balasanyan, «ARFD Könüllü Hərəkatı»nın ölmüş 28 əsgərinə mükafatların təqdimetmə mərasimində danışarkən açıqlama verib.
Vitali Balasanyanın bu sözləri gurultulu alqışlarla qarşılanıb.
Balasanyan sözünə davam edərək qeyd edib:
“Çünki belə olmasa, mənim həyatım və mənim kimi insanların həyatı öz mənasını itirəcək. Böyük Ermənistanımıza — Ermənistan Respublikasına və Artsax respublikasına xidmət edəcəyik.
Əminəm ki, mövcud siyasi, hərbi və sosial-iqtisadi çətinliklər ən qısa zamanda aradan qaldırılacaqdır. “Qazanacağıq” deyənlərin sözlərini təkrarlamaq istəmirəm, amma arxayın olun ki, qalib gələcəyik və bu çətin vəziyyətdən çıxacağıq. Əminəm ki, qəhrəmanlar həmişə Ermənistanda doğulacaq”- deyə vurğulayıb.
