44 dünlük vətən müharibəsində igidliklə döyüşərək şəhid olan İman və Bəhmən qardaşların məzarını ziyarət etdik.
Bu gün şəhid qardaşlardan Bəhmanın Cənnətdə ilk doğum gününü, 22 yaşını ailə üzvləri, yaxınları, şəhid qardaşların xatirəsinə tikilən bulağın və bu günkü tədbirin təşkilatçısı olan, adını çəkilməsini istəməyən dostumuz və AVMVİB Zəngilan rayon şöbəsinin üzvləri ilə birlikdə yad etdik.

Əvvəlcə bulağın başında toplaşdıq.
Sonra Şəhidlər Xiyabanında şəhid qardaşların və digər şəhidlərin məzarını ziyarət edib tər çiçəklər düzdük, şəhid qardaşların məzarına əklil qoyduq.
Məzar ziyarətindən sonra şəhid qardaşların evində yaradılmış ev muzeyini və şəhidlərimizin anasını ziyarət etdik.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm.

Azad Musayev
AVMVİB Zəngilan rayon şöbəsinin sədri



